Azərbaycan Könüllülər Ordusu / Azerbaijan Volunteers Army

Azərbaycan Könüllülər Ordusu / Azerbaijan Volunteers Army

Share

Azeərbaycan Könüllülər Ordusu Azərbaycan Könüllü Ordusu ilə birlikdə müharibədə Milli Ordumuza dəstək verməyi qarşımıza təməl prinsip kimi qəbul etmişik

Photos 22/05/2012

Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..


Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..


Salam versəm, rüzgar alıb götürsə,
Ağrı dağdan göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.



Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənm taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!

Almas İldırım

Photos 11/08/2011

AZƏRBAYCAN

Od ürəkli , od nəfəsli diyarımsan—
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan—
Bu çağına canım qurban , Azərbaycan !


Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban .
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !


Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında—
Bayrağına canım qurban , Azərbaycan !


Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !


Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !



Sədaqət Əhmədova

11/05/2011

Xahish edirem here bir defe profilinde paylashsin

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Baku