Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Azərkosmos” ASC-yə infotur təşkil olunub.
Azərkosmosun mütəxəssisləri tərəfindən Telekommunikasya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi prosesləri ilə bağlı tələbələrə ətraflı məlumat verilib.
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Təhsil Peşə Təhsil Mərkəzi
20/01/2024
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları qürurla anırıq!
20/01/2024
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
-Tədbirlər çərçivəsində peşə təhsil müəssisəsinin pedaqoji heyəti və tələbələri tərəfindən Şəhidlər xiyabanı ziyarət edilib və anım günü ilə bağlı tədbir keçirilib.
11/12/2023
📢 “Peşə təhsilində metodiki işin təşkili” mövzusunda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyətinin iştirakı ilə təlim keçirilib.
📌 Təlimin keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələrinə tədrisin təşkili üzrə metodiki dəstəyin göstərilməsi və bu müəssisələr üzrə mühəndis-pedaqoji heyətinin bilik və bacarıqlarının artırılmasıdır
06/12/2023
6 dekabr–rabitə və informasiya texnologiyaları sahəsi üzrə çalışanların peşə bayramıdır.
Həmkarlarımızı və məzunlarımızı bu münasibətlə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik!
05/12/2023
"Fiber-optik kabellərin montajı" ixtisası üzrə qısa müddətli təlimlərdə iştirak edən tələbələr təlim nəticələri ilə bağlı fikirlərini bölüşdülər.
Təlimlər Aztelekom ilə əməkdaşlıq çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən keçirilir.
Peşə hazırlığı istiqamətində daha bir layihəmiz uğurla yekunlaşdı.
"Fiber-optik kabellərin montajı" peşəsi üzrə ilk tələbələrimizi məzun etdik.
Məzunlarımıza uğurlar arzulayırıq!
31/10/2023
📢 Tələbə və məzunlarımızın diqqətinə!
-Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı peşə təhsilinə könüllülərin cəlbi üçün yeni təşəbbüs elan edir.
📌 Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsil müəssisələrində təhsil alan və son 5 ildə məzun olan şəxslər peşə könüllüsü olmaq üçün bu təşəbbüsə müraciət edə bilərlər.
🔗Müraciət linki: https://shorturl.at/isSW5
⏳ Son müraciət tarixi: 13 noyabr, saat 18:00
🔗Ətraflı: https://shorturl.at/cozGX
31/10/2023
⁉️ Bacarıq və istedadınızı milli və beynəlxalq səviyyədə nümayiş etdirməyə hazırsınızmı?
📢 Elə isə “Skills Azərbaycan 2023” Milli Yarışında iştirak üçün qeydiyyatdan keçməyə tələsin.
🏆 İstər peşəkar, istərsə də yeni başlayan istedadlı gənc olmağınızdan asılı olmayaraq müxtəlif bacarıqlar üzrə keçiriləcək yarışlara siz də qoşulun və bacarığınızla parlamaq şansı qazanın!
📊 İstiqamətlər: veb texnologiyalar, 3D oyun sənəti, aşpaz, bərbər, zərgər və qaynaqçı.
🔗 Ətraflı: https://shorturl.at/lHKLQ
🔗 Müraciət üçün link: http://www.worldskills.az/
⏳ Son müraciət tarixi: 10 noyabr 2023-cü il
WorldSkills Azerbaijan
Ürəyi sevgisi ilə döyünən, cəbhədə öz tələbələri ilə bərabər vuruşan fədakar müəllimlərimizlə fəxr edirik!
Vətən sizləri unutmaz!
14/10/2023
Ölkənin qabaqcıl innovasiyalarının, yerli startapların, texnoloji və rəqəmsal həllər üzrə fəaliyyət göstərən aktiv oyunçuların seçiləcəyi müsabiqənin seçim turuna start verildi!
-Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "İlin Rəqəmsal Layihəsi" nominasiyası üzrə mübarizə aparacaq.
🏆Müsabiqədə seçim turu ictimai səsvermə əsasında həyata keçirilir👇
🏷️İlin Rəqəmsal Layihəsi https://awards.idda.az/az/nominees/162
🗳️Tələbə və məzunlarımızı ictimai səs vermədə iştirak edərək məktəbimizə dəstək olmağa dəvət edirik!
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Innovation and Digital Development Agency
̧ə ̧əhazırlığı
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Nərimanov Rayonu, Ələsgər Qayıbov Küçəsi 13
Baku
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
