Sosiologiya & Psixologiya Akademiyası

Sosiologiya & Psixologiya Akademiyası

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sosiologiya & Psixologiya Akademiyası, Public School, Baku.

14/10/2022

Türklər mərd, saf və etibarlı insanlardır. Həmsöhbətlərini də özləri kimi bilirlər və onlara söylənilən hər şeyə etimad edirlər. Xüsusilə dini və mənəvi məsələlərdə kiminsə yalan danışacağını heç vaxt güman etmirlər. Aldatmağımız heç də çətin olmadı.
Arminius Vambery
,

31/05/2022

"Beyin yeganə orqandır ki, dünyaya gəldiyimiz andan etibarən 365 gün, 5 saat, 48 dəqiqə və 46 saniyə dayanmadan işləyir... Ta ki, aşiq olana qədər"
Woody Allen

29/04/2022

Yaponiyada qəsəbələrin birində qoca bir samuray yaşayırdı. Bir dəfə o öz şagirdləri ilə təlim keçdikdə cavan və öz kobudluğu ilə məşhur olan döyüşçü onlara yaxınlaşır. Onun ən sevimli peşəsi digərlərini hövsələdən çıxarmaq idi. O rəqibini qəzəbləndirərək özündən çıxarır və qəzəbli tərəf onu döyüşə çağırırdı. Qəzəbdən özünü itirmiş rəqib səhv arxasıyca səhv edir və son nəticədə döyüşdə məğlub olurdu. Bu dəfə də gənc döyüşçü qoca samurayı özündən çıxarmaq qərarına gəlmişdi. O qocaya daş atır, ona tüpürür və söyüşlərlə onu təhqir edirdi.
Lakin yaşlı döyüşçü ona diqqət yetirmir və məşğələsinə davam edirdi. Günün sonunda özü qəzəblənmiş gənc döyüşçü taqətdən düşərək çıxıb gedir. Bu qədər təhqir və alçaldılmağa dözən yaşlı müəllimin şagirdləri təəccüblə soruşur:
—Nəyə görə onu döyüşə çağırmadınız? Məğlub olmaqdan qorxdunuz?
Yaşlı samuray cavab verir:
— Əgər bir şəxs hədiyyə ilə sizə yaxınlaşsa, siz isə hədiyyəni qəbul etməsəniz hədiyyə kimə məxsus olacaq?
— Öz sahibinə – deyə şagirdlərdən biri cavab verir.
—Eyni şey paxıllıq, nifrət və təhqirə də aiddir. Sən onu qəbul etmədiyin müddətcə o öz sahibinə məxsusdur.
,

14/02/2022

ŞƏXSİYYƏT POZUNTULARINA GİRİŞ - Elnay Ragimoff Tambovski

10/08/2021

Qadın ruhuyla əlaqədar 30 il davam edən araşdırmalarıma rəğmən ... mənim də cavablandıra bilmədiyim çox əhəmiyyətli bir sual var:
QADIN NƏ İSTƏYİR???

31/03/2021

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür!

07/02/2021

Əziz Psixologiya sevərlər və Dəyərli səhifəmizin izləyiciləri F & X Academy Group-un "Sosiologiya & Psixologiya Akademiyası"- elan edir.

Mövzumuz: “NLP və Mükəmməllilik”
Tarix: 08.02.2021-ci il saat 17:00

Xüsusi qonağımız və spiker NLP Master & Trainer, Specialised Programs - Dr. Elnay Rəhimov Tamboskiy olacaq.

Canlı yayımda Sizləri gözləyirik.

, , ,

19/12/2020

Tarix boyu bir çox xalqlar fiziki məğlubiyyətə düçar olublar, ancaq bu heç bir xalqın məhvinə dəlalət etməyib. Lakin bir xalq psixoloji məğlubiyyətin qurbanı olduqda, o zaman həmin xalqın sonu labüd olur”. İbn Xəldun

11/11/2019

Əgər insan yalnız "sahib olduğu" şeylərdən ibarətdirsə, onları itirdiyində, özünü də itirəcək, kim olduğunu bilməyəcək. Beləcə həyatı səhv qurmanın nəticəsində ortaya məğlub olmuş, mənəviyatsız, bitmiş və acınacaqlı bir insan ortaya çıxacaq. "Olmaq" anlayışında isə sahib olunan şeylərin itiriləcəyindən doğan narahatlıq və qorxu yoxdur. Olduğum kimiyəmsə və şəxsiyyətim "olmaq" tərəfindən təyin olunursa kimsə məndən bunu al bilməz və şəxsiyyətimin məhv olması təhlükəsi də yaranmaz. Fikrimi mərkəzə cəmləşdirməyi və davranışlarımı istiqamətləndirən motivləri, öz daxilimdə taparam.
Erix Fromm

04/12/2018

"Omskda katorqa həyatı yaşadığı zaman Dostoyevski maraqlı və ibrətamiz hadisənin şahidi olur. Belə ki, həbsxana ərazisində bir itin yanından keçən hər məhkum tərəfindən təpiklə vurulduğunu müşahidə edir. Maraqlısı budur ki, it məhkumlardan qaçmadığı kimi, yanına bir məhkum yaxınlaşdığında da əyilərək təpiklənmə vəziyyəti almaqdadır. Dostoyevski bir gün itin yanına yaxınlaşıb başını oxşayır. İt təəccüblü şəkildə ona baxaraq, sürətlə oradan uzaqlaşmağa və arğılı şəkildə hürməyə başlayır. O gündən sonra it Dostoyevskini gördüyü andan etibarən ondan qaçır...
Ruhu kölələşdirilmiş həmin it sevgiyə acdır. Bu vəziyyət insanlara da aiddir. Həyatları boyunca haqsızlığa və p*s davranışlara məruz qalmış "sevgi acları" xoş bir rəftarla qarşılaşdıqlarında necə davranacaqlarını belə bilmirlər. Bəzən p*s davrandığınız insanlar sizə qibtə edər, bəzən isə yaxşı davrandıqlarınız sizə nifrət edər. Belə insanların sizdən gözləntisi onları alçatmağınızdır. Belə olan halda sizi gözlərində ucaldırlar. Ədalətli və yaxşı rəftar etdiyinizdə isə gözlərindəki dəyəriniz birdən birə düşür..."
, , &

29/11/2018

İnsanın xarakteri, öz əlləriylə qurduğu dünyanın tələb etdiyi nəsnələr tərəfindən yoğurulmuşdur. (Erix Fromm)

29/11/2018

“İndiyə qədər tarixin bütün dövrlərində, bir azlıq çoxluğa hökm etmişdir. Bu hakimiyyəti zəruri edən, həyatın gözəlliklərinin sadəcə azlığa yetəcək qədər olub, çoxluğa qırıntılarının qalmasıdır. Əgər bu azlıq gözəlliklərin dadını çıxarmaq və bunun da xaricində çoxluğun özünə xidmət etməsini, özü üçün işləməsini istəmişsə vacib şərt bu idi: Çoxluq itaət etməyi öyrənməliydi”. (Erix Fromm)

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku
AZ1000