03/06/2026
Nar bitki əsaslı qidalanma üçün ideal meyvələrdəndir🥗O, yeməklərə həm dad, həm də rəng qatır. Zülal və tərəvəzlərlə yaxşı uyğunlaşır🌺
ANİİA
03/06/2026
Nar bitki əsaslı qidalanma üçün ideal meyvələrdəndir🥗O, yeməklərə həm dad, həm də rəng qatır. Zülal və tərəvəzlərlə yaxşı uyğunlaşır🌺
01/06/2026
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edirik! Onlara sağlam, xoşbəxt və təhlükəsiz gələcək arzu edirik❤️
30/05/2026
Azərbaycan narı keyfiyyət, dad və təbii xüsusiyyətləri ilə beynəlxalq bazarda tanınan milli brendə çevrilməkdədir.
28/05/2026
28 May - Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik! Milli birliyimiz və azadlığımız daim yaşasın. 🇦🇿
27/05/2026
Qurban Bayramınız mübarək olsun!🤲🏻
25/05/2026
Nar antioksidantların müxtəlif növlərini eyni anda ehtiva edir🌺Bu xüsusiyyət onu bir çox digər meyvələrdən fərqləndirir. Məhz kompleks tərkibi onun dəyərini artırır✅
20/05/2026
ANİİA — nar sektorunu vahid strategiya ətrafında birləşdirən aparıcı İctimai Birlikdir. İstehsaldan ixraca qədər bütün dəyər zəncirini əhatə edərək, yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət gücünü artırmağa çalışır.
15/05/2026
Təbiətin yaratdığı mükəmməllik.🌺
Nar artıq sadəcə bir meyvə deyil, ölkəmizin məhsuldarlıq, bolluq və həyat rəmzinə çevrilib. Onun unikal forması və daxili quruluşu sanki təbiətin özü tərəfindən yaradılmış bir sənət əsərini xatırladır⭐️
13/05/2026
Narın tərkibindəki antioksidantlar sinir hüceyrələrini qorumağa kömək edə bilər🧠Bəzi tədqiqatlar neyroprotektiv təsiri göstərir. Bu, yaddaş və beyin funksiyalarına müsbət təsir edə bilər. Araşdırmalar hələ də davam edir✅
08/05/2026
5–8 may tarixlərində keçirilən “Caspian Agro Week” çərçivəsində təşkil olunan 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, eləcə də “InterFood Azerbaijan” sərgisində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq iştirak edirik.
Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ANİİA-nın stendini ziyarət etdilər.
Sərgi çərçivəsində narçılıq sektorunun inkişaf perspektivləri, ixrac imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətində bir sıra məhsuldar B2B görüşlər və işgüzar müzakirələr həyata keçirildi. Görüşlər zamanı Assosiasiyanın fəaliyyəti, ölkəmizdə nar istehsalının mövcud potensialı və ixrac imkanları barədə ətraflı fikir mübadiləsi aparıldı. Bununla yanaşı, dövlət-özəl sektor tərəfdaşlığının narçılığın davamlı inkişafındakı rolu, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri xüsusi diqqət mərkəzində oldu.
Həmçinin ANİİA üzvləri olan Azərsun Holding, AzGranata, Zəfər Bağları və Mina Shirin şirkətləri də sərgidə iştirak edərək ölkəmizin aqrar və qida sənayesi potensialını nümayiş etdirirlər.
Tədbirin yüksək səviyyədə təşkilinə və kənd təsərrüfatı sahəsinə göstərilən davamlı diqqətə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və sərgi təşkilatçılarına, xüsusilə Caspian Event Organisers şirkətinə dərin təşəkkürümüzü bildiririk. Narçılığın inkişafına göstərilən diqqət və dəstək, bu sahəyə verilən dəyər onun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.