Heydər Əliyev Sarayı - Rəsmi səhifə

Heydər Əliyev Sarayı - Rəsmi səhifə

Share

HEYDƏR ƏLİYEV SARAYI

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Qurban bayramınız mübarək!

20/05/2026

Böyük qastrol proqramı bu dəfə Naxçıvanda!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı Naxçıvan Muxtar Respublikasını da əhatə edir.
Layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri mayın 22-si saat 19:00-da Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Sarayında keçiriləcək konsertdə orkestrin müşayiətində tanınmış solistlər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirəcək.
Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Vasif Adıgözəlov və Həsən Rzayevin əsərləri, o cümlədən Azərbaycan xalq mahnılarının işləmələri təqdim olunacaq.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

11/05/2026

Maqsud İbrahimbəyovun uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçılar qarşısına çıxır. Tamaşa “Uşaqlığın son gecəsi” (1968) və “Bizim Cəbiş müəllim” (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi üzərində qurulub. Biz yadda qalan epizodların yenidən canlandırılmasını izləyirik, yeni səhnələrin necə yarandığını müşahidə edirik. Həqiqi kinokameralar səhnədə baş verənləri lentə alır və görüntü real vaxt rejimində nəhəng ekrana ötürülür.

Rejissor çəkiliş prosesinə rəhbərlik edir, aktyorlar öz personajlarının motivasiyasını anlamağa çalışır və hamısı birlikdə bu qarışıqlıq içində müəllifin özünü – Maqsud İbrahimbəyovu tapmağa çalışırlar. Onlar onu qəhrəmanların xarakterlərində axtarır, onların həyat hekayələrini tamamlayır və talelərini daha dərindən açmağa imkan verən əlavə epizodlar yaradırlar. Tamaşaçılar Cəbişin həyat yoldaşı ilə tanışlığının, Rüstəmin boks döyüşünün və Davudun düşdüyü dramatik cinayət hekayəsinin şahidi olurlar.

09/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

02/05/2026

🎭Regionlarda mədəni qastrol proqramı – may 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

📍May ayında qastrol proqramı Xaçmaz, Quba və Naxçıvan Muxtar Respublikasını əhatə edir.

🎶May ayı üzrə konsertlərin proqramı:

📍5 may – Xaçmaz şəhəri
📌 Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi | 🕓16:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍6 may – Quba şəhəri
📌 Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi | 🕛12:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍22 may – Naxçıvan Muxtar Respublikası
📌 Naxçıvan şəhəri, Heydər Əliyev Sarayı | 🕖19:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

28/04/2026
Photos from Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi's post 18/04/2026
15/04/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Bülbül Prospekti, 35
Baku
1014