Pirallahı rayonunda “Gələcəyimizi uşaqlar qurur” başlıqlı festival keçirilib
Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti
Bu səhifə vasitəsilə Siz, Pirallahı rayonunda sürətlə gedən dəyişikliklərlə virtual olaraq tanış ola bilərsiniz.
01/06/2026
Pirallahı rayonunda “Gələcəyimizi uşaqlar qurur” başlıqlı festival keçirilib
http://pirallahi-ih.gov.az/az/news/pirallahi-rayonunda-geleceyimizi-usaqlar-qurur-basliqli-festival-kecirilib01062026.html
27/05/2026
🇦🇿
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
Qurban Bayramı Bakı Şəhəri Pirallahı rayonunda da təşkil olunmuşdur
http://pirallahi-ih.gov.az/az/news/qurban-bayrami-baki-seheri-pirallahi-rayonunda-da-teskil-olunmusdur27052026.html
26/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
Pirallahı rayonunda “Müstəqilliyimiz Milli Sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib
http://pirallahi-ih.gov.az/az/news/pirallahi-rayonunda-musteqilliyimiz-milli-servetimizdir-movzusunda-deyirmi-masa-kecirilib.html
22/05/2026
Pirallahı rayonunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir keçirilib
Pirallahı rayonunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir keçirilib 22 May 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd...
21/05/2026
Pirallahı rayonu çiçəklənməyə davam edir - FOTOLAR - Unikal.az Pirallahı rayonu çiçəklənməyə davam edir - FOTOLAR
21/05/2026
Şəhid Baş Leytenant Teymur Məcidzadənin xatirə lövhəsinin açılış mərasimi olub
http://pirallahi-ih.gov.az/az/news/sehid-bas-leytenant-teymur-mecidzadenin-xatire-lovhesinin-acilis-merasimi-olub.html
21/05/2026
Pirallahı rayonu çiçəklənməyə davam edir
Son illərdə paytaxt Bakı şəhərində və ölkənin müxtəlif regionlarında genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən bu layihələr şəhər və rayonların simasının müasirləşdirilməsinə, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Paytaxtın sürətlə inkişaf edən inzibati ərazilərindən biri olan Pirallahı rayonunda da yenidənqurma və abadlıq işləri yüksək səviyyədə davam etdirilir. Rayon ərazisində yolların, parkların və ictimai məkanların yenilənməsi, yaşayış mühitinin daha komfortlu və estetik görünüş alması istiqamətində mühüm tədbirlər görülür. Bununla yanaşı, rayonda yaşıllaşdırma işlərinə xüsusi diqqət ayrılır. Ağac və dekorativ kolların əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunaraq genişləndirilməsi Pirallahının ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Pirallahı rayonu gündən-günə daha da gözəlləşir, müasir və füsunkar görkəm alır. Rayonun abad siması, təmiz və səliqəli küçələri, yaşıllıqla əhatə olunan məkanları həm sakinlərin, həm də rayona gələn qonaqların böyük rəğbətini qazanır və onlarda xoş təəssürat yaradır.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Pirallahı Rayonu, , Pirallahı Qəsəbəsi, S. Vurğun Küçəsi 490
Baku
AZ1077
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
