01/06/2026
🇦🇿 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
The National Olympic Committee of Azerbaijan was established in 1992 and recognized by the International Olympic Committee in 1993.
The National Olympic Committee of the Azerbaijani Republic (Azerbaijani: Azərbaycan Milli Olimpiya Komitəsi) (AZNOC) - is an independent public organization, with a status of a legal entity, which passed registration in the Ministry of Justice of the Azerbaijani Republic. Charter of the organization is recognized by IOC, in 1993. The organization represents the country at the international Olympic
01/06/2026
🇦🇿 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
28/05/2026
Bu gün Azərbaycanın ilk Olimpiya çempionu, stend atıcılığı üzrə Olimpiya və dünya çempionu, Azərbaycan idmanının görkəmli nümayəndəsi Zemfira Meftaxetdinovanın doğum günüdür.
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira xanım Azərbaycan idman tarixində silinməz iz qoymuş, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmişdir.
Sidney-2000 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal Azərbaycanın Olimpiya tarixində ilk çempionluq kimi xüsusi yer tutur. Afina-2004 Olimpiadasında isə bürünc medal qazanaraq uğurlarını davam etdirmişdir.
Zemfira xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
27/05/2026
Müstəqilliyimiz əbədi, bayrağımız daim uca olsun!
28 May Müstəqillik Günü! 🇦🇿✨
26/05/2026
Müqəddəs Qurban Bayramı münasibətilə hər birinizi təbrik edirik!
Bayraminiz mübarək olsun!
25/05/2026
Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında görüş keçirilib.
Mayın 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsilə təbliği məqsədilə görüş təşkil olunub.
Görüşdə idman və olimpizm mövzusunda bədii, sənədli, qısa və tammetrajlı filmlərin çəkilməsi, bu istiqamətdə yeni ssenarilərin hazırlanması, həmçinin beynəlxalq idman filmləri festivalının davamlı keçirilməsi üçün əməkdaşlıq imkanları müzakirə edilib.
Çıxışlarda Azərbaycan idmanının zəngin uğur salnaməsinin kino sahəsi üçün böyük potensial yaratdığı vurğulanıb. Qeyd olunub ki, Olimpiya çempionları və tanınmış idmançılar haqqında çəkilən filmlər gənc nəslin sağlam həyat tərzinə, idmana və vətənpərvərlik ruhuna marağının artırılmasında mühüm rol oynaya bilər.
Görüş zamanı Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə idman filmlərinin nümayişi, sağlam həyat tərzi və olimpizm prinsiplərinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.
24/05/2026
Mayın 17-də Yunanıstanın Afina şəhərində, Beynəlxalq Olimpiya Akademiyasının qərargahında “Milli Olimpiya Akademiyaları və Milli Olimpiya Komitələrinin nümayəndələri üçün 19-cu Beynəlxalq sessiya”ya start verilib.
Dünyanın müxtəlif ölkələrindən idman idarəçiləri, rəsmi nümayəndələr və Olimpiya Hərəkatının ekspertlərini bir araya gətirən sessiyada ölkəmizi Milli Olimpiya Komitəsinin İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edir.
Builki sessiyanın əsas mövzusu “İnklüzivliyin, dürüstlüyün və idarəetmənin gücləndirilməsi” istiqamətinə həsr olunub. Tədbir çərçivəsində idmançıların hüquq və məsuliyyətləri, etik Olimpiya liderliyi, idmançılar üçün təhsilin təşviqi, təhlükəsiz idman mühiti, inklüzivlik və səmərəli idarəetmə kimi aktual mövzular müzakirə edilir.
Sessiya iştirakçıları həmçinin Qədim Olimpiyanın tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Beynəlxalq Olimpiya Akademiyası bu sessiya vasitəsilə Olimpiya təhsili, dialoq və dəyərlərin təbliği istiqamətində Milli Olimpiya Akademiyaları və Milli Olimpiya Komitələri arasında əməkdaşlığı daha da gücləndirir.
Sessiyaya mayın 24-də yekun vurulacaq.
̇jan
23/05/2026
Caption: Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında karate idman növü üzrə İrina Zaretska hansı medalı qazanıb? 🥇🥈🥉 — sənin cavabın hansıdır?
̇slamhəmrəyliyioyunları
20/05/2026
Azərbaycan Velosiped Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Aigle şəhərində keçirilən “UCI Level 2” Məşqçilik Kursunu uğurla başa vurub.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə təşkil olunan kurs çərçivəsində Elgün Əlizadə beynəlxalq səviyyədə nəzəri və praktiki biliklərini artıraraq mühüm təcrübə qazanıb. O, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.
Qeyd edək ki, kurs müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib. Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxımı üzrə bacarıqlarını artırıb.
Bu proqram Elgün Əlizadənin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, Azərbaycan velosiped idmanının gələcək inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Onun beynəlxalq səviyyədə qazandığı bilik və bacarıqlar yeni nəsil idmançıların yetişdirilməsində və ölkəmizin beynəlxalq idman arenasında daha güclü təmsil olunmasında mühüm rol oynayacaqdır.
19/05/2026
19 may – Dünya Ədalətli Oyun Günü münasibətilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsində tədbir keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, AzƏOK sədri Xəzər İsayev, millət vəkilləri, Olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.
̇jan
17/05/2026
Masanı kim tamamlayacaq? 👀
Cüdo, taekvondo və atıcılıq üzrə gənc qız idmançılarımız artıq yerlərini tutublar. İndi isə seçim sizin əlinizdədir! ✨
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |