23/05/2026
🇦🇿 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və dayanıqlı idarəçiliyində davamlı nailiyyətlər arzulayırıq.
22/05/2026
👦🏻👧🏻 Balaca sərnişinlərimiz üçün pulsuz səyahət!
🚆 ADY-nin Bakı–Tbilisi–Bakı qatarında
- 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz,
- 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.
❗️ Əsas qaydalar:
- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
- Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.
🎟️ Biletləri saytımızdan, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.
22/05/2026
🧳🚆 Bakı–Tbilisi–Bakı qatarı ilə səfərdə baqaj rahatlığı!
🎒 Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz apara bilərsiniz. Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
👶🛒 Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.
✨ Hər birinizə rahat səyahət, xoş anlar və yaddaqalan xatirələr arzulayırıq!
22/05/2026
⭐ ADY ilə hər kəs üçün maneəsiz və rahat səyahət!
🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarımız fiziki məhdudiyyətli sərnişinlərimizin maneəsiz səyahəti üçün inklüzivlik imkanları ilə seçilir:
💺 Rahat hərəkət üçün geniş və xüsusi dizayn edilmiş oturacaqlar
🚿 Uyğunlaşdırılmış duş kabinlər
♿ Xüsusi panduslar və tutacaqlar və s.
🤝 Təlim görmüş peşəkar qatar heyətimiz isə maneəsiz səyahətə kömək etmək üçün hər zaman hazırdır.
💙 Fərqliliklərin fərqində, səfərin ritmindəyik!
22/05/2026
✅ Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
🎟️ Ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
🚆 Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
ℹ️ Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.
✅ Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
21/05/2026
🚆 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı.
🎟️ Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz.
✨ Xoş və unudulmaz səfərlər arzulayırıq!
21/05/2026
🎓 ADY və ADA Universitetinin birgə təşkil etdiyi “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb və iştirakçılara sertifikatlar təqdim olunub.
🚆 160-dan çox rəhbər əməkdaşın iştirak etdiyi proqram çərçivəsində liderlik, effektiv kommunikasiya, emosional zəka və idarəetmə bacarıqları üzrə təlimlər keçirilib.
✨ Bu təşəbbüs ADY-də müasir idarəetmə yanaşmalarının tətbiqinə və liderlik potensialının inkişafına yönəlmiş strateji fəaliyyətlərin mühüm hissəsidir.
🔗Ətraflı: https://sml.az/ady-ada-telim
21/05/2026
🚆 Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı.
💺 Sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
ℹ️ Qeyd edək ki, bu marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.
20/05/2026
🚆 Bakı-Tbilisi-Bakı reysləri "Stadler" markalı müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “APA Economics”ə müsahibəsində yeni nəsil qatarların üstünlüklərindən danışıb:
Yeni nəsil vaqonlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edir. Əvvəlki dövrdə istifadə olunan “plaskart” vaqonlar bu qatarların tərkibində mövcud deyil. Yeni model daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır.
🔗Ətraflı: https://bit.ly/42MwKCH