🎭”Küknarlara məktub” tamaşası
❗ Qoderzi Çoxelinin əsəri Nigar Güləhmədovanın quruluşunda
📍 Abbas Mirzə Şərifzadə səhnəsində
📅 7 iyun
🕖 19:00
🎟️ Biletləri teatrın kassasından və .az saytından əldə edə bilərsiniz.
✅ Biletləri əldə etməyə tələsin!
https://iticket.az/events/theatre/kuknarlara-mektub
Akademik Milli Dram Teatrı - Rəsmi Səhifə
Azərbaycan Dōvlət Akademik Milli Dram Teatrının rəsmi səhifəsi
31/05/2026
📌Milli Teatrın kollektivi Konya Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün yola düşüb
✅Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Səfər çərçivəsində Akademik Milli Dram Teatrı ilə Türkiyənin Dövlət Teatrları Baş Müdirliyi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Sənədi Milli Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Dövlət Teatrlarının Baş direktoru Tamer Qaradağlı imzalayacaq.
Akademik Milli Dram Teatrı iyunun 3-də Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında hazırlanmış “Kral Lirin faciəsi” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır.
Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.
🎭Bu alqış "Varlı qadın" üçündür! 👏👏👏
Təşəkkür edirik!❤️
30/05/2026
📌 Bu gün sevimli sənətkarımız, Xalq artisti Şükufə Yusupova doğum gününü qeyd edir.
🎭Teatrımızın rəhbərliyi və kollektivi adından əziz Şükufə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, könül xoşluğu arzu edirik!
🎉 Həmişə səhnəmizdə olsun. Əzizləri və doğmaları ilə birgə gözəl günlər yaşasın.
❤️Təbriklər! Doğum gününüz mübarək!🌹
🎭"Ölülər" üçün tamaşaçı alqışı 👏👏👏
Təşəkkür edirik!❤️
29/05/2026
🎭 “Varlı qadın” tamaşası
❗ Əli Əmirlinin əsəri Bəhram Osmanovun quruluşunda
📅 30 may
🕖 19:00
🎟️ Biletləri .az saytından və teatrın kassasından əldə edə bilərsiniz.
✅ Biletləri əldə etməyə tələsin!
https://iticket.az/events/theatre/rich-woman
🎭 ”LƏNG. Zamanla yarışan insan” üçün tamaşaçı alqışı👏👏👏
Təşəkkür edirik!❤️
28/05/2026
28 May - Müstəqillik Günüdür
28/05/2026
🎭 “Ölülər” tamaşası
❗ Böyük Mirzə Cəlilin ölməz əsəri Azər Paşa Nemətovun quruluşunda
📅 29 may
🕖 19:00
🎟️ Biletləri .az saytından və teatrın kassasından əldə edə bilərsiniz.
✅ Biletləri əldə etməyə tələsin!
https://iticket.az/events/theatre/oluler
27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Füzuli Meydanı 1
Baku
AZ1000
Opening Hours
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
