Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti

Share

Binəqədi RİH Rayon ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Binəqədi rayon İcra Hakimiyyəti "Yerli İcra Hakimiyyətləri" haqqında əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını yerinə yetirir. Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci il

Photos from Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti's post 29/05/2026

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbirdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev, Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Emil Hüseynov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru,mayor Vasif Məmmədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Sənan Cəfərov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Bəxtiyar Əsədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Nəsrəddin Əliyev, Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyasının 1 saylı bölməsinin böyük həkimi Salman Əliyev, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyev, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Binəqədi rayonunda yerləşən bələdiyyələrin, Binəqədi rayonunda yerləşən idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdilər.
Müşavirə zamanı natiqlər “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” barədə, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi” sahəsində planlaşdırılan tədbirlər, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlər” mövzularında çıxışlar etdilər.
Sonda Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev tədbirin əhəmiyyətindən danışaraq müşavirənin yekunlarını diqqətə çatdırdılar.

Photos from Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti's post 28/05/2026

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbirdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev, Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Emil Hüseynov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru,mayor Vasif Məmmədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Sənan Cəfərov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Bəxtiyar Əsədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Nəsrəddin Əliyev, Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyasının 1 saylı bölməsinin böyük həkimi Salman Əliyev, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyev, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Binəqədi rayonunda yerləşən bələdiyyələrin, Binəqədi rayonunda yerləşən idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdilər.
Müşavirə zamanı natiqlər “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” barədə, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi” sahəsində planlaşdırılan tədbirlər, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlər” mövzularında çıxışlar etdilər.
Sonda Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev tədbirin əhəmiyyətindən danışaraq müşavirənin yekunlarını diqqətə çatdırıblar.

28/05/2026
Photos from Ilham Aliyev's post 28/05/2026
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Photos from Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti's post 26/05/2026

Müqəddəs Qurban bayramı ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə rayonumuz ərazisində yaşayan aztəminatlı ailələrə və rayonda fəaliyyət göstərən Qeyri-hökümət təşkilatlarının üzvlərinə "Qurban payı" paylanılmışdır.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə hər kəsə xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Qurban bayramınız mübarək olsun!

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Azadlıq Prospekti 179
Baku
AZ1114

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00