Suraxanı Rayon İcra Hakimiyyəti

Suraxanı Rayon İcra Hakimiyyəti

Share

Rayonun ərazisi 122 kv.km, əhalisi 222,0 min nəfərdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. təşkil edir.

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESSO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri var.
“Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od mə

Photos from Suraxanı Rayon İcra Hakimiyyəti's post 03/06/2026

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyunun 3-də Qaraçuxur qəsəbəsində yerləşən 275 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.

Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Vətəndaşlar əsasən bəzi küçə və məhəllədaxili yolların asfaltlanması və işıqlandırılması, su təchizatında yaranmış problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.

RİH başçısı Adil Əliyev tərəfindən müraciətlər dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.

02/06/2026

Bakı Enerji Həftəsi- Azərbaycanın müasir enerji tarixinin başlanğıcından qlobal platformaya qədər

​2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal enerji gündəliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün dünyanın aparıcı enerji platformalarından biri hesab olunan Bakı Enerji Həftəsinin təməlində məhz Xəzər Neft və Qaz Sərgisi dayanır.
​Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkənin zəngin enerji resurslarını beynəlxalq əməkdaşlıq üçün açmaq idi. Həmin dövrdə təşkil edilən Xəzər Neft və Qaz Sərgisi qısa zamanda regionun ən nüfuzlu enerji tədbirlərindən birinə çevrildi. Zaman keçdikcə sərginin əhatə dairəsi genişləndi, yeni forumlar, konfranslar və işgüzar görüşlər əlavə olundu və nəticədə bu təşəbbüs “Bakı Enerji Həftəsi” adı altında daha böyük beynəlxalq platformaya çevrildi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın qaz sənayesinin inkişafında dönüş nöqtəsi hesab edilən “Şahdəniz” layihəsi ilə bağlı oldu. Dövlət başçısı xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilə düz 30 il əvvəl – 1996-cı ilin iyun ayında imzalanıb. Bu müqavilə Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin gələcəkdə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinin əsasını qoydu. Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlər üzrə onlarla bazara çatdırılır və ölkənin enerji diplomatiyasının mühüm alətinə çevrilib. Məhz “Şahdəniz” layihəsi Azərbaycanın qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirərək ölkəyə yeni iqtisadi imkanlar qazandırdı. Sonrakı illərdə reallaşdırılan Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr də həmin strateji qərarın məntiqi davamı oldu. Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunu göstərən əsas məqamlardan biri dünyanın aparıcı siyasi liderlərinin tədbirə diqqətidir. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktubu xüsusi qeyd edərək buna görə təşəkkürünü bildirdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin də tədbirə təbrik məktubları göndərməsinin Bakı Enerji Həftəsinin beynəlxalq statusunu bir daha təsdiqlədiyini vurğuladı.
​Bu gün Bakı Enerji Həftəsi yalnız enerji şirkətlərinin görüş yeri deyil. Burada enerji təhlükəsizliyi, yaşıl keçid, investisiya imkanları, regional əməkdaşlıq və yeni texnologiyalar kimi məsələlər müzakirə edilir. Tədbir müxtəlif ölkələrin hökumətlərini, beynəlxalq təşkilatları, maliyyə institutlarını və aparıcı enerji şirkətlərini bir araya gətirərək əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Azərbaycanın enerji siyasətinin uğurlarını nəzərə aldıqda Bakı Enerji Həftəsinin keçdiyi inkişaf yolu ölkənin ümumi inkişaf modelinin də bir hissəsi kimi qiymətləndirilə bilər. Vaxtilə regional sərgi kimi fəaliyyətə başlayan tədbirin qlobal enerji platformasına çevrilməsi Azərbaycanın beynəlxalq enerji bazarında qazandığı mövqenin və etibarlı tərəfdaş imicinin nəticəsidir. Məhz buna görə Bakı Enerji Həftəsi bu gün yalnız Azərbaycanın deyil, Avrasiya məkanının ən mühüm enerji tədbirlərindən biri hesab edilir. Burada qəbul edilən qərarlar və əldə olunan razılaşmalar regionun enerji gələcəyinə təsir göstərən mühüm amillər sırasındadır.

Photos from Suraxanı Rayon İcra Hakimiyyəti's post 01/06/2026

“1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavini Könül Axundova, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov, Agentliyin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Nicat Abasbəyli, Sosial Xidmətlər Agentliyinin Sosial Ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi filialın müdiri Raqif Zamanov iştirak ediblər.

Bayram proqramında uşaqlar üçün müxtəlif əyləncəli çıxışlar, musiqi nömrələri və interaktiv oyunlar təşkil olunub. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, eləcə də bayram sevincinin paylaşılması olub.

Çıxışı zamanı Adil Əliyev uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək bildirib ki, dövlət tərəfindən uşaqların rifahının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi daim diqqət mərkəzində saxlanılır. O, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və həssas münasibətin cəmiyyətin humanist dəyərlərinin göstəricisi olduğunu vurğulayıb.

Photos from Suraxanı Rayon İcra Hakimiyyəti's post 01/06/2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qəsəbə bələdiyyələrində yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya” tərəfindən “1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə aztəminatlı ailələrin xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət olunub və onlara hədiyyələr təqdim edilib.

Həmçinin, şəhid övladlarına Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev sarayında bu gün keçiriləcək Habil Məmmədov və tələbələrinin konsertinə biletlər paylanılıb.



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

Photos from Suraxanı Rayon İcra Hakimiyyəti's post 01/06/2026

İyunun 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.

RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə və sektor müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.

Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü

01/06/2026
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Suraxanı Rayonu, Əmircan Qəsəbəsi, Park Küçəsi 30
Baku
AZ-1042

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00