06/06/2026
Həftəsonu günlərində vətəndaşların istirahət məkanlarına üz tutduğunu nəzərə alaraq ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa çağırırıq.
🚮 Məişət tullantılarını yalnız nəzərdə tutulmuş yerlərə atın, istirahət etdiyiniz ərazilərdə təmizliyə və sanitariya qaydalarına riayət edin.
🌿 ♻️ Ətraf mühiti çirkləndirməyək, təbiəti birlikdə qoruyaq!
04/06/2026
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Qazax rayonunda növbəti vətəndaş qəbulu, Ağstafa rayonunda isə sıra baxışı keçirib.
Nazir iki gün ərzində 211 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
✅ Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 238 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.
02/06/2026
🏛️ 🧑🏫 Polis Akademiyasında yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir.
Təcrübəli mütəxəssislərin dərslərə cəlb olunması tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirməyə, həmçinin gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradır.
02/06/2026
Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.
Görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.
Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.
Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.