Regional Su Meliorasiya Xidməti

Regional Su Meliorasiya Xidməti

Share

Regional Su Meliorasiya Xidməti - Rəsmi Facebook səhifəsi

05/06/2026

💧 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür.

Photos from Regional Su Meliorasiya Xidməti's post 04/06/2026

ADSEA daha bir kənddə içməli su layihəsi həyata keçirib

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Cəlilli kəndində içməli su layihəsinin açılış mərasimi təşkil olunub.

Kənddə təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda əksər bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı ilə bağlı böyük layihələr icra olunur. Belə layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır.

Tovuz rayonu Cəlilli kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə yeni su xətləri inşa olunub və kəndin müxtəlif nöqtələrində layihəyə uyğun olaraq ictimai bulaqlar quraşdırılıb. Bu məqsədlə ümumilikdə 8 km uzunluğunda su xətləri inşa edilib və 27 ədəd ictimai bulaq quraşdırılıb.

Ümumilikdə Cəlilli kəndinin əhalisi 2275 nəfərdir. Yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 180 m³ su tələbatının tam ödənilməsi mümkün olacaq.

Qeyd edək ki, Tovuz şəhərinin mövcud su təchizatı sistemi Zəyəmçay çayının məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarı ərazisində yerləşən 6 ədəd subartezian quyusu vasitəsilə təmin olunur. Şəhərin ümumi abonent sayı 6982-dir. Ümumi su şəbəkəsinin uzunluğu 186 km, magistral su kəmərinin uzunluğu 39 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 137 km təşkil edir.

Photos from Regional Su Meliorasiya Xidməti's post 04/06/2026

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Əhalinin içməli su təchizatı yaxşılaşdırılıb

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa rayonunun Köçvəlili kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Layihə çərçivəsində Köçvəlili kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su təchizatı sistemi genişləndirilərək yeni su xətləri inşa edilib. Bu məqsədlə yaşayış məntəqəsində ümumilikdə 3,5 km uzunluğunda su xətti çəkilib və 296 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan səmərəli istifadə olunması məqsədilə hər bir abonent su sayğacı ilə təmin edilib.

Köçvəlili kəndinin 1349 nəfər əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı sistemi vasitəsilə tam şəkildə təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Ağstafa şəhərinin mövcud su təchizatı sistemi Vurğun qəsəbəsində yerləşən 6 ədəd subartezian quyusundan götürülən suyun məhsuldarlığı sutkada 4900 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğuda təmizlənərək şəbəkəyə ötürülməsi hesabına fəaliyyət göstərir.

2026-cı ilin mart-aprel aylarında su mənbəyi sahəsində yerləşən mövcud sutəmizləyici qurğular kompleksində membranlar yeniləri ilə əvəz edilib, digər avadanlıqlarda isə təmir işləri aparılıb.

Şəhər üzrə abonentlərin sayı 4491-dir. Ümumi su şəbəkəsinin uzunluğu 128 km, magistral su kəmərlərinin uzunluğu 8 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 89 km təşkil edir. Eyni zamanda 1 meydançada su anbarı kompleksi və məhsuldarlığı sutkada 4400 kubmetr olan 1 ədəd tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.

Rayon üzrə ümumilikdə 12 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir.

Photos from Regional Su Meliorasiya Xidməti's post 04/06/2026

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib, Xidmətin son bir il ərzində hesabatı dinlənilib.

Tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin “SEDAM” MMC-nin kollektivi iştirak edib.

Əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulub və təchiz edilib.

İnzibati bina ilə tanışlıqdan sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən son bir il ərzində görülən işlərə dair hesabat dinlənilib.

Photos from Regional Su Meliorasiya Xidməti's post 04/06/2026

03–04 iyun 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qarabağ bölgəsində həyata keçirilən iri həcmli layihələrlə yerində tanışlıq, həmçinin 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə Ağdərə rayonunda yerləşən Sərsəng Su Anbarı, eləcə də Xankəndi və Şuşa şəhərlərinin içməli su təchizatı sistemlərində görülən işlər barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil olunub.

ikinci günü Xankəndi şəhərində yerləşən Qarabağ Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin inzibati binasına, Xankəndi şəhər 1 saylı sutəmizləyici qurğular kompleksinə, Şuşa tullantı sutəmizləyici qurğusunun tikinti sahəsinə və Şuşa sutəmizləyici qurğular kompleksinə baxış keçirilib.

Qeyd edək ki mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 16 media qurumunun nümayəndələri yer alıblar.

04/06/2026

Çaylarda sululuq artıb. Şəkidən axan çaylardan sel keçib.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

04/06/2026

Zaqatalada rayon tarixində ilk:
çay sahilində böyük bənd layihəsi.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.rsmx.gov.az

Photos from Regional Su Meliorasiya Xidməti's post 03/06/2026

03–04 iyun 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qarabağ bölgəsində həyata keçirilən iri həcmli layihələrlə yerində tanışlıq, həmçinin 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə Ağdərə rayonunda yerləşən Sərsəng Su Anbarı, eləcə də Xankəndi və Şuşa şəhərlərinin içməli su təchizatı sistemlərində görülən işlər barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkili nəzərdə tutulub.

birinci günü Ağdərə rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirilib.

Mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 16 media qurumunun nümayəndələri yer alıblar.

Qeyd edək ki, Sərsəng su anbarı Ağdərə rayonu ərazisində Tərtərçayın üzərində yerləşir və 1976-cı ildə istifadəyə verilib. Anbarın ümumi həcmi 560 mln. kub metrdir.

Ümummilli Lider Heydər Əliyev Sərsəng su anbarının layihələndirilməsi və Su Elektrik Stansiyasının tikintisi proseslərində, eyni zamanda Sərsəng su anbarının istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində iştirak edib.

Sərsəng Su Anbarı Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlax və Ağcəbədi rayonlarının ümumilikdə 96 217 hektar əkin sahəsinə xidmət etmək üçün nəzərdə tutulub.

Photos from Regional Su Meliorasiya Xidməti's post 02/06/2026

ADSEA-da kargüzarlıq sahəsinə həsr olunan təlim keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasında tabeli qurumların aidiyyəti əməkdaşları üçün kargüzarlıq sahəsinə həsr olunan təlim təşkil edilib.

Təlimin məqsədi sənəd dövriyyəsinin düzgün və operativ təşkilini təmin etmək, həmçinin əməkdaşların peşəkar bilik və bacarıqlarını daha da artırmaq olub. Tədbir çərçivəsində sənəd dövriyyəsinin təşkili, kargüzarlıq işinin aparılması, vətəndaş müraciətlərinə baxılması, eləcə də arxiv işinin vahid tələblər əsasında həyata keçirilməsi ilə bağlı geniş mühazirələr təqdim olunub.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iş proseslərinin daha səmərəli təşkili istiqamətində tövsiyələr verilib.

Bu cür maarifləndirici tədbirlər əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sənəd dövriyyəsinin keyfiyyətinin artırılmasına və idarəetmə fəaliyyətinin daha effektiv təşkilinə mühüm töhfə verir.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku

Opening Hours

09:00 - 18:00