İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası, Political organisation, Baku.
22/11/2024
Saxta iş elanları insan alverçilərinin torudur!
Saxta iş elanları insan alverçilərinin torudur Təhsil, iş, kariyera və s. başlıqlar altında verilən saxta vədlərə inanmayın..Özünüzün və yaxınlarınızın qeydinə qalın..İnsan alveri ilə mübarizədə sən də iş...
06/09/2024
❗️Vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il sentyabr ayının 19-da Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.09.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
08/07/2024
“Ölkə daxilində ictimai sabitliyin təmin olunması dövlətin mövcudluğunun, inkişafın, vətəndaşların əsas hüquq və azadlıqlarının təminatının başlıca şərtlərindəndir. Qanun pozucuları məsuliyyətə cəlb edilməsə, ictimai asayiş qorunmasa vətəndaşların sosial rifahları da risk altında olar. Azərbaycanda polisin xidməti fəaliyyətinin əsas qayəsi də vətəndaşın təhlükəsizliyini, ictimai asayişi hər cür təhdiddən qorumaq, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaqdır”.
Bunu Teleqraf.com-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.
“Polislərimizin təhlükəsizliyinə biganə qala bilmərik” - Ramiz Alıyev Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
02/07/2024
28/06/2024
“Azərbaycan polisi bütün dönəmlərdə ölkədə sabitliyin qorunması, vətəndaşlarımızın rahat yaşaması , dövlətimizin təhlükəsiz şəraitdə olması yolunada mücadələ edib. Biz dəfələrlə bunun şahidi olmuşuq. Son illərdə isə ictimaiyyət açıq-aşkar müşahidə edib ki, Azərbaycan polisinin göstərdiyi şücaət bir çox ölkələrin polislərinə örnək olub”. Bu sözləri SİA-ya açıqlamasında “İnsan Alverinə Qarşı Mübarizə” təşkilatının sədri Ramiz Alıyev deyib.
“Azərbaycan polisi çiynində yalnız rütbəsini deyil, xalqımızın təhlükəsizliyini daşıyır” - ŞƏRH EDİLDİ Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
28/06/2024
“Azərbaycan polisinə atılan güllə həm də xalqımıza atılıb” - Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
06/06/2024
❌ İnsan alverinin qurbanı olmamaq üçün diqqətli olun!
❗️ Aşağıdakı yollarla insan alverçilərinin toruna düşə bilərsiniz:
•İşə düzəltmə firmаlаrı vasitəsilə;
•Mоdа аgеntliyi vasitəsilə;
•Nikаh аgеntliyi vasitəsilə;
•Turizm аgеntliyi vasitəsilə;
•Qəzеt, küçə və intеrnеtdə yerləşdirilmiş iş, təhsil, tаnışlıq və nikаh hаqqındа еlаnlаr vasitəsilə;
•Tаnışlаr, qоnşulаr, kurs yоldаşlаrı, iş yеrindəki həmkаrlаr tərəfindən edilən təkliflərlə;
•Хаrici аgеntliklər tərəfindən edilən təkliflərlə;
•Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən edilən iş təklifləri ilə.
❗️İnsаnlаrı tоrа sаlmаq üçün bu fəndlərdən istifаdə еdirlər:
•Gözəl həyаt hаqqındа əhvаlаtlаr danışılır;
•Bütün mаliyyə prоblеmlərinə sоn qоyulmаsı ilə bаğlı vədlər verilir;
•Yüksək həcmli əmək hаqqı ilə bаğlı təkliflər edilir;
•Kаryеrа pilləsində yüksəlmə vədləri verilir;
•Hаzırlаnmış аdаmlаrın “əldə etdikləri nailiyyətlər” barədə məlumatlar verilir;
•Fоtо və vidео mаtеriаllаr nümayiş olunur, təqdimаtlаr edilir.
28/05/2024
Sizə xarici ölkədə təhsil almaq təklif olunur❓
Dələduzluq halları ilə rastlaşmamaq üçün xarici ölkələrdə təhsil almaq arzunuzu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilməyiniz vacibdir:
•Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir;
•Əgər siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır;
•Xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır;
•Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə mütləq ora rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın.
08/05/2024
3 ildir axtarışda olan qadın həbs edildi Aygün Kərimova
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Baku
