adasında uşaqlar üçün təşkil edilmiş bayram şənliyindən yaddaqalan anlar
Azneft İB
Dövlət müəssisəsi
04/06/2026
-ın İstehsalat Birliyi (İB) tərəfindən şəhərinin rayonu ərazisində yerləşən adasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edilib.
Tədbirdə “Azneft” İB-nin “28 May” Neft və qazçıxarma idarəsinin rəisi Ramin Quliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Tədbir çərçivəsində Çilov adasının balaca sakinlərinin “Mən neftçi övladıyam” mövzusunda hazırladıqları rəsmlərin sərgisi təşkil olunub. Uşaqların yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Şənlik əyləncəli müsabiqələr və interaktiv proqramlarla davam edib, tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları ürəkdən təbrik edirik.
Bütün uşaqlara möhkəm cansağlığı, xoşbəxt, firavan və uğurla zəngin gələcək arzulayırıq.
Bayramınız mübarək, əziz uşaqlar! 💙
28/05/2026
28 May – .
Müstəqilliyimiz əbədi və dönməzdir!
27/05/2026
Müqəddəs münasibətilə sizi ürəkdən təbrik edirik.
Bu mübarək bayram sizə xeyir-bərəkət, sevinc və bol ruzi gətirsin. Allah dualarınızı qəbul etsin!
20/05/2026
-ın İstehsalat Birliyində layihəsi çərçivəsində növbəti görüş keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maarifləndirmə üzrə mütəxəssisi Gülər Rzayeva “Onlayn mühitdə kibertəhlükəsizlik qaydaları” mövzusunda çıxış edib. O, kibergigiyena, müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə danışıb, rəqəmsal risklər haqqında maraqlı məlumatlar verib. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
19/05/2026
ilə “Gran Tierra Energy” şirkəti arasında monoklinal, və yataqları üzrə imzalanmış birgə tədqiqat sazişi çərçivəsində növbəti görüş keçirilib. Görüşdə SOCAR vitse-prezidentinin müavini Vüsalə Kərimova, “Gran Tierra Energy” şirkətinin vitse-prezidenti Kain Michaud və sahə üzrə mütəxəssislər iştirak ediblər. Görüş zamanı “Muradxanlı” və “Pirsaat” yataqları haqqında təqdimat nümayiş etdirilib, gələcək perspektivlər müzakirə edilib.
10/05/2026
Bu gün xalqının , dünya şöhrətli siyasət xadimi anadan olmasının 103-cü ildönümüdür.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
08/05/2026
-ın İstehsalat Birliyi və onun xidmət, müəssisə, idarələrində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.
Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, qan ehtiyatının artırılmasına töhfə vermək məqsədilə keçirilən aksiyada neftçilər könüllü şəkildə iştirak edərək, qan veriblər.
Aksiya Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib.
Əvvəlcə donorların sağlamlıq vəziyyəti tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.
Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
08/05/2026
Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV turnirində -ın komandası “Azərişıq” üzərində 5:0 hesablı qələbə qazanaraq yarışın qalibi olub.
Təbrik edir və yeni qələbələr arzulayırıq.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Neftchilar Avenue 73
Baku
AZ1000
