Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

Share

http://azerbaijan360.az/what-to-see/museums/az-rbaycan-milli-inc-s-n-t-muzeyi-1/ Muzeydə mütəmadi olaraq dövlət və beynəlxalq əhəmiyyətli sərgilər keçirir. L. K.

Azərbaycan Milli İncəsənət Muzeyi qədim zamanlardan müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mühafizə edildiyi zəngin xəzinədir. Muzey hələ 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində incəsənət şöbəsi şəklində yaradılmışdır. 1936-cı ildən etibarən isə muzey müstəqil statusda fəaliyyətə başlamışdır. Təsviri incəsənətin bütün növlərini tam dolğunluğu ilə ə

02/06/2026

📢“Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” adlı sərgidə nümayiş olunan Xalq rəssamı Toğrul Nərimanbəyovun “Yağışdan sonra Bakı” əsərini sizə təqdim edirik.

01/06/2026

📢 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün unudulmaz həftə təşkil olunacaq!
✨ Ənənəvi olaraq muzey uşaqlara maarifləndirici və əyləncəli anlarla dolu rəngarəng proqram təqdim edəcək.
✨ Proqram çərçivəsində uşaqlar üçün “Uşaq obrazları Azərbaycan təsviri sənətində” mövzusunda mühazirə keçiriləcək, muzeyin ekspozisiyası üzrə tematik ekskursiya təşkil olunacaq. Balacalar eksponatlarla yaxından tanış olmaqla yanaşı, onların arxasında gizlənən maraqlı hekayələri də öyrənəcəklər.
🎨Proqram zamanı həmçinin uşaqlar yaradıcılıq potensiallarını nümayiş etdirə biləcəkləri ustad dərsinə qoşularaq öz əl işlərini hazırlamaq imkanı qazanacaqlar.
👧🧒 Sizi övladlarınızla birlikdə bu maraqlı və yaradıcı proqramda iştirak etməyə dəvət edirik!

01/06/2026

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balacaları ürəkdən təbrik edirik!
Uşaqların sevinc dolu gülüşləri, zəngin təxəyyül və yaradıcılıq qabiliyyətləri gələcəyimizin ən qiymətli sərvətidir.
Əziz uşaqlar sizə, xoşbəxt, sağlam, qayğısız və rəngarəng həyat arzulayırıq.
Bayramınız mübarək!

Photos from Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art's post 01/06/2026

📢 Mayın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Muzeydə musiqi” layihəsi çərçivəsində xüsusi konsert proqramı keçirilib.
✨ Musiqi axşamında Nadir Ağazadə, Camal Əliyev, Fərəh Əliyeva, Ayşən Umudova və Yasəmən Umudovanın ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.
✨ Uşaqların sevincini, saf duyğularını və yaradıcılıq dünyasını əks etdirən proqramda Azərbaycan və dünya musiqisinin sevilən nümunələri səsləndirilib. İfa olunan əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbir bayram əhval-ruhiyyəsində keçib.
🎼 Musiqi axşamı uşaqlara və valideynlərə unudulmaz anlar yaşadıb və alqışlarla yekunlaşıb.
✨Daha sonra qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” və “Qırğızıstan – Azərbaycan: mədəniyyətlərin dialoqu” sərgiləri ilə tanış olublar.

31/05/2026

📢 3 iyun 2026-cı il tarixində saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Pərvanə Soltanovanın solo konserti keçiriləcək.

✨ Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun müəllifi olduğu proqramda Pərvanə Soltanova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Sevinc Ağayeva, beynəlxalq müsabiqələr laureatları Kənan Rəhmanzadə və Ramal İbişov çıxış edəcəklər. Musiqi nömrələri Anna Rasina, Fidan Əmirova və Nəzrin Qulamovanın müşayiəti ilə təqdim olunacaq.

🎼 Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək, müxtəlif musiqi ənənələri və üslubları bir səhnədə qovuşacaq.

🎶 Klassik musiqinin zəngin çalarlarını gənc ifaçıların təqdimatında dinləmək üçün sizi bu musiqi axşamına dəvət edirik.

31/05/2026

📢 5 iyun 2026-cı il tarixində saat 15:00-da muzeydə Əməkdar müəllim İlhamə Ağayevanın tələbələrinin təqdimatında “Klassik violin musiqisi” adlı konsert proqramı keçiriləcək.

🎻 Musiqi axşamında violin ifaçıları Zəhra Xəlilova, Anar Məhərrəmov, Nazrin Muxtarova, Amira Məcidzadə, Xumar Novruzlu, Tomris Eyvazzadə, Kənan Qələndərov, Məqsud Cəfərli, Səidə Əhmədova, Laman İsmayılova və Aytac Rzayeva, konsertmeysterlər Arzu Səfərova, Zöhrə Hüseynova, Atabala Manafzadə, Züleyxa Usubova və Səmaya Rəhimovanın müşayiəti ilə çıxış edəcəklər.

✨ Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin səslənəcəyi proqram klassik musiqinin zəngin ənənələrini və violin sənətinin incə çalarlarını tamaşaçılara təqdim edəcək.

30/05/2026

📢 31 may 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Muzeydə musiqi” layihəsi çərçivəsində xüsusi konsert proqramı keçiriləcək.
✨ Musiqi axşamında Nadir Ağazadə, Camal Əliyev, Fərəh Əliyeva, Ayşən Umudova və Yasəmən Umudova çıxış edəcəklər.
✨ Uşaqların sevincini, saf duyğularını və yaradıcılıq dünyasını tərənnüm edən konsert proqramında Azərbaycan və dünya musiqisinin sevilən nümunələri səsləndiriləcək.
🎼 Sizləri övladlarınızla birlikdə bu musiqili bayramda iştirak etməyə dəvət edirik!

28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirik!
Müstəqilliyimiz xalqımızın milli iradəsinin, azadlıq ruhunun və dövlətçilik ənənələrinin parlaq təcəssümüdür. Azərbaycanımızın daim güclü, suveren və firavan olması arzusu ilə!
Yaşasın müstəqil Azərbaycan! 🇦🇿

27/05/2026

Əziz həmvətənlər,
🌙 Müqəddəs Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edirik!
Birlik, paylaşmaq və mərhəmət rəmzi olan bu əziz bayramın hər evə sevinc, hər könülə rahatlıq, sevgi, ümid və xoş duyğular bəxş etməsini arzulayırıq.
Qurban bayramınız mübarək! 🌙

Photos from Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art's post 25/05/2026

📢 Mayın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində ADA Universiteti və ADA Music Club-ın birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Mədəniyyət: Bəşəriyyətin Universal Dili III akt” adlı konsert proqramı keçirilib.
✨ Musiqi axşamında Azərbaycan və dünya musiqisinin seçilən nümunələri səsləndirilib, müxtəlif dövrləri və mədəniyyətləri bir araya gətirən əsərlər tamaşaçılara təqdim olunub.
✨ Tədbir boyu musiqinin insanları birləşdirən gücü, mədəniyyətlərarası dialoq və sənətin universal dili xüsusi diqqət çəkib. Konsert proqramı iştirakçılarda xoş təəssüratlar yaradaraq böyük maraqla qarşılanıb.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Niyazi 9/11
Baku
1001

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 12:00 - 21:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 11:00 - 19:00
Sunday 11:00 - 19:00