18/11/2024
Abşeron Milli Park.
Hər birinizi milli parklara istirahətə dəvət edirik.
_____________________________________
* Ünvan: Abşeron , Xəzər r-nu, Zirə qəs.
* Paytaxtdan məsafə - 65, 70 km
* Sahəsi - 783 ha
______________________________________
Milli Parklara giriş biletinin qiyməti-2 (iki) manat təşkil edir.
Milli parkların iş saatları : 09:00-18:00
E-mail: [email protected]
https://nationalparks.az/
https://www.instagram.com/nationalparks.az_/
#
08/11/2024
“Zəfər Günü”ndə milli parklara giriş ödənişsiz olacaq.
8 Noyabr – Zəfər günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad olunacaq.
Ziyarətçilər ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara səfər etməklə fərqli relyefə və landşafta malik ekoturizm marşrutları ilə hərəkət edə və səmərəli gün keçirə bilərlər.
Qeyd edək ki, ölkədə 10 milli park və bu parklarda müxtəlif təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu fəaliyyət göstərir.
22/10/2024
Şahdağ Milli Parkı, Qaranohur gölü.
_____________________________________
Göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 kilometr məsafədə yerləşir. Qaranohur dəniz səviyyəsindən 1520 metr hündürlükdədir.
Öz təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb edir. Hazırda gölə turistlər üçün piyada gəzintilər təşkil edilir. Bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl mənzərəli yerlərdən keçərək, piyada 2-3 saat davam edir.
Qaranohur gölünün minerallığı çox yüksəkdir. Bu səbəbdən suyu kənd təsərüffatı məqsədləri üçün yararlı deyil.
Gölün özəlliklərindən biri də odur ki, sahildən uzaqlaşdıqca suyun şəffaflığı artır və gölün ortasında maksimum həddə çatır. Yayda suyun orta temperaturu 15 dərəcə olur.
______________________________________
Milli Parklara giriş biletinin qiyməti-2 (iki) manat təşkil edir.
Milli parkların iş saatları : 09:00-18:00
E-mail: [email protected]
https://nationalparks.az/
https://www.instagram.com/nationalparks.az_/
#НациональныепаркиАзербайджана
25/09/2024
26 sentybr tarixində Qızılağac Milli Parkında “açıq qapı” günü keçiriləcək.
________________________________
Xəzər dənizinin cənub-qərbində yerləşən, unikal ekosistemi ilə fərqlənən Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar sentyabrın 26-da milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azaddırlar.
________________________________
* Ünvan -Lənkəran r-nu, Balıqçılar qəsəbəsi.
* Paytaxdan məsafə- 210 km.
* MP Lənkəran, Masallı və Neftçala inzibati rayonlarının ərazisində yerləşir.
*2018-ci ildə yaradılmışdır və 99060 hektar sahəni əhatə edir.
__________________________________________
Milli Parklara giriş biletinin qiyməti-2 (iki) manat təşkil edir.
Milli parkların iş saatları : 09:00-18:00
E-mail: [email protected]
https://nationalparks.az/
https://www.instagram.com/nationalparks.az_/
#НациональныепаркиАзербайджана
20/09/2024
Göygöl Milli parkı.
Hər birinizi milli parklara istirahətə dəvət edirik.
______________________________________
* Ünvan: Göygöl r-nu, Toğana kəndi
* Paytaxtdan məsafə -371 km
* Yaradılma tarixi: 1 aprel 2008-ci il
* Yerləşməsi: Göygöl, Daşkəsən, Goranboy rayonları
* Sahəsi: 12.755 ha
_____________________________
Milli Parklara giriş biletinin qiyməti-2 (iki) manat təşkil edir.
Milli parkların iş saatları : 09:00-18:00
E-mail: [email protected]
https://nationalparks.az/
https://www.instagram.com/nationalparks.az_/
10/09/2024
Şirvan Milli Parkında günəşin batması
10/09/2024
“Mavi səma üçün təmiz hava günü”ndə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçirilib
7 sentyabr “Beynəlxalq mavi səma üçün təmiz hava günü” ilə əlaqədar Abşeron Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin, COP29 Məlumat Mərkəzinin, Azərbaycan Gənclər Fondunun, “TƏBİB”-in, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Azərbaycan Gənc Rəssamlar İctimai Birliyinin, “Araz” supermarketlər şəbəkəsinin, “Coca-Cola Azərbaycan”ındəstəyi ilə maraqlı və interaktiv tədbir təşkil olunub.
Tədbirə qaçış marafonu ilə start verilib, idmançılar 6 km-lik məsafəni qaçaraq günə öz töhfələrini veriblər.
Daha sonra Milli Hidrometeorologiya Xidməti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Azelab MMC-nin mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına günün əhəmiyyəti, o cümlədən atmosfer havasının keyfiyyəti, analizlərin və monitorinqlərin aparılması üsulları mövzusunda məlumatlar verilib, ölçmə cihazları göstərilib, səyyar labaratoriya vasitəsilə monitorinqlərin aparılması üsulu əyani nümayiş etdirilib.
“Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru” çağırışı ilə təşkil olunan tədbirdə ziyarətçilər üçün həmçinin, velosiped sürmə imkanı, yoqa, ekoçantalar üzərində rəsm çəkmə, uşaq guşəsi, viktorina kimi maraqlı və interaktiv proqram təşkil olunub. Tədbir gənc rəssamların çəkidikləri rəsmlər və Bakı Musiqi Akademiyasının tələbələrinin ifası ilə davam edib.
Qeyd edək ki, “Beynəlxalq mavi səma üçün təmiz hava günü” hər il sentyabrın 7-də qeyd olunur. Bu gün BMT tərəfindən 2019-cu ildə təsis edilmişdir və əsas məqsədi hava keyfiyyətinin yaxşılaşdırılması, atmosfer çirkliliyinin azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsidir.
06/09/2024
Əziz təbiətsevərlər!
🦩 Sizi “Beynəlxalq mavi səma üçün təmiz hava günü”ndə Şirvan Milli Parkında möhtəşəm flaminqo dəstələrinin rəqs etdiyi unikal mənzərinin şahidi olmağa dəvət edirik.
Şirvan Milli Parkının gözəl mənzərəsində bu ecazkar quşları izləmək üçün 7 sentyabr tarixində milli parkda “açıq qapı” günü elan edilir.
Gəlin, təbiətin bizə bəxş etdiyi bu gözəllikləri daha yaxından tanıyaq!