İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Share

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə” 143 nömrəli 7 sentyabr 2006-cı il tarixli əmri ilə təşkil olunmuşdur. İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəy

07/06/2026

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Hər il eyni tarixdə qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Gününün məqsədi qida ilə bağlı risklərin qarşısını almağı təşviq etməkdir. Bu münasibətlə dünya ölkələrində müxtəlif tədbirlər keçirilir və qida təhlükəsizliyinin insan sağlamlığı üçün daşıdığı mühüm əhəmiyyət vurğulanır.



05/06/2026

Ümumdünya Tütünsüz Günündə 1,3 milyon abonentə SMS bildirişlər göndərilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü, “Azərcell Telekom”un dəstəyi ilə əhali arasında SMS maarifləndirmə kampaniyası həyata keçirilib. 31 May – Ümumdünya Tütünsüz Günündə keçirilən kampaniya 1,3 milyon abonenti əhatə edib. Layihə çərçivəsində mobil operatorun abunəçilərinə sağlam həyat tərzini təbliğ edən, tütünçəkmədən uzaq olmağa çağıran xüsusi bildirişlər göndərilib.
İSİM və “Azərcell” tərəfindən reallaşdırılan bu təşəbbüs vətəndaşların sağlamlıq barədə məlumatlılıq səviyyəsinin artırılması və ölkədə sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən uğurlu sosial tərəfdaşlıq nümunələrindən biridir. Əhalinin sağlamlığı naminə aparılan bu maarifləndirici aksiyaya verdiyi korporativ sosial məsuliyyət dəstəyinə və uğurlu tərəfdaşlığa görə “Azərcell Telekom” şirkətinə təşəkkür edirik.




Photos from İctimai Səhiyyə və İslahatlar Mərkəzi's post 05/06/2026

Liseylərdə maarifləndirici tədbirlər keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində və İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində maarifləndirici tədbirlər keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələr arasında sağlam davranış vərdişlərinin formalaşdırılması olub.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edib. O, şagirdlərə narkotik vasitələrin, tütün məmulatlarının, elektron siqaretlərin, alkoqollu və energetik içkilərin insan orqanizminə vurduğu zərərlər, həmçinin asılılığın yaratdığı fiziki və psixoloji fəsadlar barədə ətraflı məlumat verib, sağlam həyat tərzinin üstünlüklərini diqqətə çatdırıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.


Photos from İctimai Səhiyyə və İslahatlar Mərkəzi's post 04/06/2026

“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sağlam həyat tərzinin təbliği mövzusunda təşkil olunan tədbirin əsas məqsədi gənc nəslin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Nailə İbrahimova maarifləndirmə tədbirlərinin rolunu vurğulayaraq, gəncləri məlumatlı olmağa və sağlam həyat tərzi seçməyə çağırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. O, şagirdlərə sağlam qidalanmağı, hər gün fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edərək, erkən yaşlardan sağlam həyat tərzi seçməyin üstünlüklərini vurğulayıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanıb çap edilən maarifləndirici materiallar paylanılıb.


03/06/2026
Photos from İctimai Səhiyyə və İslahatlar Mərkəzi's post 03/06/2026

Zərərli vərdişlərə yox deyək!


Photos from İctimai Səhiyyə və İslahatlar Mərkəzi's post 01/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə İSİM-in rəhbərliyi və əməkdaşları, uşaq hüquqlarının və uşaq sağlamlığının qorunması sahəsində çalışan ictimai səhiyyə mütəxəssisləri, həmçinin günün əsas qəhrəmanları olan uşaqlar iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə uşaqları təbrik edərək, hər birinə sağlam və xoşbəxt böyüməyi arzulayıb. O, ölkəmizdə uşaqların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu, böyüməkdə olan nəslin sağlam inkişafı, keyfiyyətli təhsili və mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Zümrüd Kazımova və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva 1 İyun tarixinin dünyada uşaqların hüquq və azadlıqlarının qorunması məqsədilə qeyd olunduğunu bildiriblər. Uşaqlara fərdi sağlamlığın qorunması, erkən yaşlardan gigiyena qaydalarına riayət olunması, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi və sağlam qidalanmanın faydaları barədə ətraflı məlumat verilib. Uşaqların hüquq və sağlamlıqlarının müdafiəsi istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər və rəqəmsal layihələrdən söz açılıb. Azyaşlıların və valideynlərin diqqətinə çatdırılıb ki, gənc nəslin sağlam inkişafı üçün xüsusi olaraq hazırlanmış “Sağlam uşaq” portalı və eyniadlı mobil tətbiqi valideynlər, uşaqlar və müəllimlər üçün faydalı bir bələdçidir.
Əsl bayram ovqatında təşkil edilən tədbirdə balacaların üzləri rəngbərəng rəsmlərlə bəzədilib, onların ifasında rəqslər nümayiş etdirilib, şeirlər səsləndirilib və musiqi alətlərində ifaları dinlənilib. Həmçinin uşaqlar üçün maarifləndirici-əyləncəli oyunlar, rəngarəng şou-proqramlar təşkil olunub.
Yekunda tədbir iştirakçılarına hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.


Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Azərbaycan, Bakı, Zərdabi Küç. , 96
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30