04/06/2026
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktor müavini Rövşən Əmircanov Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilən ISO/TC 174 -sinin müxtəlif istiqamətlər üzrə işçi qrup iclaslarında iştirak edib.
İclaslarda qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları üzrə beynəlxalq -nın aktual məsələləri müzakirə olunub, habelə gələcək əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Ətraflı – www.ekspertiza.az/post/isotc-174
02/06/2026
📊 2026-cı ilin may ayı ərzində İstehlak Mallarının Ekspertizası Mərkəzinə daxil olan zənglərin statistikasını təqdim edirik.
26/05/2026
Sahibkarların nəzərinə!
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə eskpertizaların keçirilməsində fasiləsizliyinin təmin edilməsi məqsədi ilə qeyri-iş günləri hesab edilən 2026-cı ilin 28-29 may tarixlərində İstehlak Mallarının Ekspertizası Mərkəzi və onun regional bölmələri fəaliyyət göstərəcək.
10/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla anılıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri qoyulub.
07/05/2026
📊 2026-cı ilin aprel ayı ərzində keçirilmiş ekspertizaları haqqında məlumatı təqdim edirik.