21/06/2026
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.
19/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da Lerik şəhər Cümə məscidini ziyarət edib.
Komitə sədri məsciddə fəaliyyət göstərən dini icmanın üzvləri ilə görüşüb. Söhbət zamanı dini qurumların yerli ictimai mühitdəki rolu, din xadimlərinin cəmiyyətdə sağlam mənəvi atmosferin formalaşdırılmasına dəstəyi və bu sahədəki fəaliyyətin müasir dövrün çağırışları fonunda əhəmiyyəti müzakirə olunub.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/komite-sedri-lerikde-din-xadimleri-ile-gorusub
19/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da Lerik rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar dini təhsil, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/dovlet-komitesinin-sedri-lerikde-vetendaslari-qebul-edib
19/06/2026
"Amin” proqramının "İblis və şər" mövzusuna həsr edilmiş buraxılışını "YouTube" kanalımızdan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=SH2Hik6vfU8&t=312s
19/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da Lerikdə vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
19/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik rayonunda bölgədə fəaliyyət göstərən din xadimləri üçün “İdeoloji təhdidlərdən qorunma: nəzəriyyədən praktikaya” mövzusunda təlim keçirilib.
Təlimdə dini radikalizm, fundamentalizm və ekstremizm meyillərinin yaranmasının kökündə dayanan əsas amillərdən bəhs olunub, bu istiqamətdə maarifləndirmənin və sağlam dini biliklərin çatdırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Müxtəlif ölkələrdə dövlət-din münasibətləri sahəsində formalaşmış təcrübələr, dini institutların fəaliyyətində müşahidə olunan müasir tendensiyalar müzakirə edilib.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/lerikde-din-xadimleri-ucun-telim-kecirilib
18/06/2026
“Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda konfrans işini yekunlaşdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçirilən “İdeoloji çağırışlar kontekstində dini radikalizm” adlı panel sessiyasında gənclərin sosial şəbəkələrdə radikal qrupların ideoloji təsirinə məruz qalması, dinin siyasiləşdirilməsinin dünyəvi dövlətə təhdidləri və məzhəbçiliyin ictimai sabitliyə mənfi təsirləri müzakirə olunub.
Regional konfransda Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/lerikde-kecirilen-konfrans-isini-yekunlasdirib
18/06/2026
Lerikdə keçirilən “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Qloballaşma prosesində din amili” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib. Çıxışlarda XXI əsrdə qloballaşma prosesinin və rəqəmsal texnologiyaların sürətli inkişafının gənclərin dini dünyagörüşünə və identikliyinə təsirindən, eyni zamanda bu mənfi tendensiyalara qarşı mübarizədə Azərbaycanın tarixi-mədəni irsi, tolerantlıq ənənələri və sağlam dövlət-din modelinin mühüm qoruyucu rolundan bəhs olunub.
18/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 18-də Lerik şəhərində “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçirilir.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Lerik şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.