Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi

Share

Dövlət Turizm Agentliyinin rəsmi Facebook səhifəsi

Photos from Dövlət Turizm Agentliyi's post 29/05/2026

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026
Photos from Dövlət Turizm Agentliyi's post 27/05/2026

Azərbaycanın turizm potensialı Çində silsilə tədbirlər vasitəsilə tanıdılır

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Photos from Dövlət Turizm Agentliyi's post 20/05/2026

Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub

Böyük Britaniyanın Nyuport şəhərində keçirilən “Ümumdünya Baş Aşpazlar Cəmiyyətləri Assosiasiyasının Konqresi və Beynəlxalq Sərgisi” (Worldchefs Congress & Expo) çərçivəsində Azərbaycanın qastroturizm imkanları təqdim edilib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Photos from Dövlət Turizm Agentliyi's post 19/05/2026

Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları tanıdılır.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Photos from Dövlət Turizm Agentliyi's post 14/05/2026

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

12-14 may 2026-cı il tarixlərində Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Photos from Dövlət Turizm Agentliyi's post 13/05/2026

Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu (ATB) 11-13 may tarixlərində Koreya Respublikasının Pohanq və Kyoncu şəhərlərində keçirilən və “Dayanıqlı gələcəyə doğru istiqamət” mövzusunda təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (Pacific Asia Travel Association) illik sammitində iştirak edib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Üzeyir Hacıbəyli 134
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00