Şəbəkə
Azərbaycanda İnformasiya Texnologiyaları Xidmətləri “Şəbəkə” nədir? Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminalından istifadə edə biləcəklər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Şəbəkə” layihəsinin tətbiqinə başlamışdır. Bu layihə çərçivəsində yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər eyni məkanda cəmləşəcək. “Şəbəkə” mərkəzlərində telekommunikasiya və poçt xidmətlərindən başqa avia biletlərin satışının tə
Click here to claim your Sponsored Listing.
Our Story
“Şəbəkə” nədir?
“Şəbəkə” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) layihəsidir.
Bu layihə çərçivəsində yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər eyni məkanda cəmləşir. “Şəbəkə” mərkəzlərində ənənəvi poçt, bütün növ telekommunikasiya, elektron imza satışı, beynəlxalq və lokal ödəniş kartlarının satışı, icbari sığorta satışı, mobil cihazların qeydiyyatı, büdcə ödənişləri, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, aviabilet satışı və s. xidmətlər göstərilir.
Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilərlər.
Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir (6-sı Bakıda, 1-i Cəlilabadda, 1-i Zaqatalada, 1-i Sumqayıtda, 1-i isə Ağdaşda).
Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin Azərbaycanın bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.
“Şəbəkə” mərkəzlərinin yaradılmasının məqsədləri
✓ Vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi
✓ Xidmət istifadəçilərinin rahatlığının təmin edilməsi
✓ Müştərilərin vaxt itkisinin qarşısının alınması
✓ Operativ xidmətin təşkili
✓ Xidmətlərin göstərilməsində şəffaflığın artırılması.
✓ Bürokratiya və korrupsiya hallarının aradan qaldırılması.
Missiyamız
Əsas missiyamız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının təqdim etdiyi xidmətlərin göstərilməsini şəffaflıq, operativlik, nəzakətlilik prinsipləri əsasında yüksək səviyyədə təşkil etməklə vətəndaş məmnunluğunu təmin etməkdir.
Location
Telephone
Website
Address
1 Saylı Şəbəkə Səbail Rayonu Üzeyir Hacıbəyov Küç, 36
Baku
AZ1000
