Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Share

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifəsi

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

Photos from Mehriban Əliyeva's post 14/06/2026
14/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

14/06/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi dövlət xadimi Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
2006–2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmış Hidayət Orucov dövlət-din münasibətlərinin inkişafına, dini həmrəyliyin və tolerantlıq mühitinin möhkəmlənməsinə töhfələr vermişdir.

Allah rəhmət eləsin!

12/06/2026

İyunun 12-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.
Nəticələrlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://scara.gov.az/storage/postFile/sayt-12-iyunpdf_12-06-2026_18-01-06.pdf

̇şüzrədövlətkomitəsi

12/06/2026

Həqiqi xoşbəxtliyin mənbəyi nədir?
İnancın mənəvi rahatlığa təsiri varmı?
APA TV-də yayımlanan "İman" proqramının "Xoşbəxtlik nədir-maddi rifah, yoxsa mənəvi rahatlıq?" mövzusuna həsr edilmiş buraxılışını "YouTube" kanalımızdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=6OW4xOR5QAs&t=298s

Photos from Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi's post 12/06/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 11-12-də Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib.
Toplantının “Dini etiqad azadlığının qorunması və təşviqi” mövzusuna həsr olunmuş panel iclasında çıxış edən Dövlət Komitəsinin sədri bildirib ki, qlobal miqyasda artan qütbləşmə, mədəni ziddiyyətlər və rəqəmsal dezinformasiya cəmiyyətlər arasında etimadın zəifləməsinə səbəb olur, dini icmalar, xüsusilə azlıq təşkil edən qruplar isə daha həssas vəziyyətlə üzləşirlər. O qeyd edib ki, dini etiqad azadlığının təmin olunması yalnız beynəlxalq hüquqi mexanizmlərlə deyil, eyni zamanda dövlətlərin ardıcıl siyasəti və cəmiyyətdə formalaşmış tolerantlıq mühiti ilə mümkündür.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/komite-sedri-beynelxalq-berlin-toplantisinda-cixis-edib

Photos from Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi's post 12/06/2026

Dövlət Komitəsinin sədri Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib.
Tədbirdə Almaniya Bundestaqının vitse-prezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.
Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/dovlet-komitesinin-sedri-30-cu-beynelxalq-berlin-toplantisinin-resmi-acilis-merasiminde-istirak-edib

11/06/2026

İyunun 11-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.
Nəticələrlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://scara.gov.az/storage/postFile/sayt-11-iyunpdf_11-06-2026_18-49-01.pdf

̇şüzrədövlətkomitəsi

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Əhməd Cavad Küçəsi, 16
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 00:00
Wednesday 09:00 - 00:00
Thursday 09:00 - 00:00
Friday 09:00 - 00:00