23/04/2017
Cənubi Qafqazda Ekolojı Dəhlizlərin Təşviqi proqramı çərçivəsində 26-27 mart 2017-ci il tarixlərində Şəki, Zagatala, 1 aprel tarixində isə Qax rayonlarında kənd icma nümayəndələri üçün Quşçuluq Təsərrüfatının təşkili haqqında təlimlər keçirilmişdir
FPA (Maliyyə İştiraki Yanaşması) alətinin çərçivəsində həyata keçirilən təlimlərin məqsədi ekoloji tarazlığın və davamlı sosial inkişafın təmin edilməsi yollarından biri kimi quşçuluğun inkişaf etdirilməsi idi. Kənd icma nümayəndələri təlimlər ərzində, daha məhsuldar toyuq cinsləri, toyuq xəstəlikləri və onların müalicə üsulları, düzgün olmayan qulluq, cücələrin bəslənməsi, onların sağlamlığının ən sadə üsullarla qorunması və qida bazası haqqında məlumatlandırılmışdırlar.
Təlimlərdə Şəki, Zagatala və Qax rayonları üzrə 80-dən çox kənd icma nümayəndələri iştirak etmişdirlər.
Qeyd edək ki, Proqram Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisi tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafı üçün Federal Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. GOPA məsləhətçiləri, DFS və HessenForst konsortiumu konsaltinq xidmətlərini təmin edir.
12/06/2016
Baş Göynük və Baş Şabalıd kəndləri də, FPA layihəsi icra olunacaq Şəki kəndlərinə aiddir. Kəndlərin təbiətinə söz almaz, amma Göynük kəndinə gedən yolda qarşımıza çıxan bir avtomobillik körpü dumanlı, çiskinli havada çox vahiməli görünürdü.
11/06/2016
Havanın yağışlı olmasına baxmayaraq FPA layihəsi uğurla davam edir. Bu günkü səfərimiz Şin, Cunut, Oxud, Baş Layiski Kəndləri oldu. Kənd əhalisinin qonaqpərvərliyinə heyran olmamaq mümükün deyil.
10/06/2016
Küngüt kəndində dərsdən sonra yuxarı sinif şagirdləri görüş oldu. Onları müsabiqəyə dəvət etdim. Bu həmdə ekoloji şüurun formalaşdırılması üçün əla imkan idi. Bu kimi tədbirlərə gənclərin dəvəti onların gələcək həyatı üçün bir stimul olur.
10/06/2016
Oraban,Kəldək,Küngüt kəndlərində müsabiqəyə hazırlıq işləri tamamlandı. Bu işdə mənə yardım etmiş bütün insanlara dərin minnətdarlığımı bildirirəm.
03/06/2016
Əziz Oraban, Kəldək və Küngüt kənd sakinləri!
Sizləri,
19 iyun 2016-cı il tarixində
“İnsan və Təbiət arasında qarşılıqlı əlaqələr”
mövzusunda keçiriləcək yazı işi müsabiqəsinə dəvət edirik.
Müsabiqənin şərtləri.
1.Müsabiqədə yaş həddi nəzərə alınmır.
2. Yazı işlərində əsas diqqət ətraf mühitin mühafizə olunma məsələsinə yönəlməlidir.
3. Yazı işlərində insan və təbiət arasında qarşılıqlı münasibətlərdən bəhs edərkən kənd əhalisinin və onu əhatə edən təbiət arasında qarşılıqlı münasibətlər diqqətə alınmalıdır.
4. Yazı işləri Regional İşçi Qrupunun seçdiyi münsiflər heyəti tərəfindən yoxlanılacaq.
5. Yazı işlərinin sonuncu qəbul tarixi
17 iyun 2016-cı ildir.
6. Yazı işlərinin həcmi maksimum 2 A4 vərəqi həcmində olmalıdır.
7. Müsabiqə qaliblərinin hədiyyələri
19 iyun 2016-cı il tarixində təqdim ediləcək.
8 . Əlavə həvəsləndirici hədiyyələrin də təqdim olunması istisina edilmir.
9. Yazı işlərində din və siyasətlə bağlı məqamlar olmamalıdır.
10. Yazı işləri real olmalıdır.
Yazılar sonuncu qəbul gününə qədər
Kəldək Bələdiyyəsinə təhvil verilməlidir.
Əks halda müsabiqəyə buraxılmayacaq.
23/05/2016
Zaqatala Meşleş kəndində, hekayə müsabiqəsinin qaliblərinə mükafalar təqdim edildi.
23/05/2016
FPA layihəsi tətbiq olunan kəndlərdə keçirilmiş hekayə müsabiqəsi qalibləri. Təbrik edirik.Axadərə və Tarixlər kəndi.
20/05/2016
FPA tətbiq edildiyi kəndlərdən biri də, Zaqatalanın Axaxdərə kəndidir.
18/05/2016
FPA Zaqatala icmaları ilə görüşdən.