01/06/2026
CTCC-Caspian Training and Certification Center
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
01/06/2026
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edirik!
Siz həyatımıza sevinc, rəng və xoşbəxtlik gətirirsiniz. Üzünüzdəki təbəssüm dünyanı daha gözəl edir.
Bayramınız mübarək, əziz uşaqlar! 💙
28/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (CTCC) əməkdaşları — İdarə rəisinin müşaviri Fərid Babayev, Qaynaq İşlərin Sertifikatlaşdırılması şöbəsinin rəisi Əvəz Musayev və Mexaniki Sınaq Laboratoriyasının müdiri Həsən Əmrahov Malayziyanın Kuala Lumpur şəhərində keçirilən METALTECH & AUTOMEX 2026 beynəlxalq sərgisində iştirak ediblər.
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
CTCC (SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi) Böyük Britaniyanın LEEA qurumu tərəfindən Takelajçılar üçün “Qoşma və Qaldırma” səviyyə 1 təliminə tam hüquqlu akkreditasiyasını əldə etmişdir və təlim portalında “Rigging and Lifting” Level 1 təlimi artıq aktivləşdirilmişdir.
Təlimin müddəti 3 iş günü (nəzəriyyə 2 gün, praktika və imtahan 1 gün)
Təlimçi və assessor Yaşar Quluyev, təlimdə iştirak edəcək maksimum dinləyici sayı 8 nəfər nəzərdə tutulmuşdur
İyun ayından etibarən təlimlərə start veriləcəkdir.
18/05/2026
“İnteqrasiya edilmiş idarəetmə sistemləri (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) üzrə baş auditor” təlimini yekunlaşması ilə əlaqədar tədbir keçirilmişdir. İdarə rəisi Fuad Suleymanov tərəfindən təlimi uğurla bitirən dinləyicilərə “Exemplar Global” təsdiqli beynəlxalq sertifikatlar təqdim edilmişdir.
Beynəlxalq səviyyədə tanınmış, dünya üzrə 100-dən çox ölkədə fəaliyyət göstərən “Exemplar Global” təşkilatı tərəfindən akkreditasiya edilmiş təlim kursunun əsas məqsədi iştirakçılara ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tələblərini, bu standartların inteqrasiya prinsiplərini və audit fəaliyyətlərinin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiyasını öyrətməkdir. Təlim “Exemplar Global” şirkətinin kompetensiya tələblərinə əsaslanaraq, auditorların bilik, bacarıq və davranış göstəricilərinin formalaşdırılmasını, beynəlxalq səviyyədə tanınan Baş auditorların hazırlanmasını hədəfləyir.
14/05/2026
10/05/2026
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
07/05/2026
SOCAR-ın “Gənc İstedadlar proqramı” çərçivəsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzi və Sumqayit Təlim, Tədris Mərkəzində təşkil olunması nəzərdə tutulan Ekologiya, Energetika mühəndisliyi, Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi, Geologiya, İnformasiya texnologiyaları, İnşaat/Təmir-tikinti, Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahələri üzrə təlimlərə start verilmişdir. Ümumilikdə təlimlərdə 100 nəfərdən çox gəncin iştirakı nəzərdə tutulur.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
A. Manafov Küçəsi, 1
Baku
AZ1060
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
