19/06/2026
🇦🇿ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya səfəri çərçivəsində Romada keçirilən “FII Priority Europe” Forumunda iştirak edib və "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?” panel müzakirəsində çıxış edib.
Çıxış zamanı İsrafil Məmmədov qeyd edib ki, ARDNF investisiya qərarlarını sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırır. Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir və ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.
Qeyd edək ki, Gələcək İnvestisiya Təşəbbüsü İnstitutu(FII Institute) tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (Public Investment Fund (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi Forumda dünyanın aparıcı investorları, dövlət xadimləri və innovasiya sahəsinin nümayəndələri bir araya gəlib.
Daha ətraflı məlumat: https://oilfund.az/fund/press-room/news-archive/1768
🇬🇧 Israfil Mammadov, CEO of SOFAZ, participated in the "FII Priority Europe" Forum held in Rome as part of his working visit to Italy, and spoke at the panel discussion “Who Will Finance Europe’s Next Build-Out?”
In his remarks, Mr. Mammadov noted that SOFAZ invests across markets on the basis of stability, asset quality and a long horizon. Today, SOFAZ’s investments in Italy total USD 3 billion, positioning the country as the Fund’s fourth-largest investment destination within its global portfolio.
It should be noted that the Forum, organized by the FII Institute with the Public Investment Fund (PIF) of Saudi Arabia as a founding partner, brought together leading global investors, policymakers, and representatives of the innovation sector.
More information: https://oilfund.az/en/fund/press-room/news-archive/1768
15/06/2026
🇦🇿 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müstəqilliyinin qorunması, iqtisadi sabitliyin bərqərar olması və milli inkişaf strategiyasının əsaslarının qoyulması baxımından Azərbaycanın müasir dövlətçilik tarixində özünəməxsus yer tutur.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizdə dayanıqlı inkişaf və əmin-amanlıq arzulayırıq.
🇬🇧 June 15 – National Salvation Day holds a significant place in the modern history of Azerbaijani statehood, marking a pivotal period in safeguarding the country’s independence, ensuring economic stability, and laying the foundations for its long-term national development strategy.
On this remarkable day, we extend our sincere congratulations to the people of Azerbaijan and wish our nation continued peace and prosperity.
01/06/2026
🇦🇿 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam və xoşbəxt gələcək, sevgi dolu bir dünya arzu edirik.
🇬🇧 June 1 marks International Children’s Day. On this occasion, we congratulate all children and wish them a healthy and happy future, and a world full of love.
28/05/2026
🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik.
1918-ci ilin məhz bu günündə Müstəqillik Bəyannaməsi ilə Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublikanın əsası qoyuldu.
Müstəqilliyimiz daimi, suverenliyimiz əbədi olsun!
🇬🇧 On the occasion of May 28 – Independence Day, we proudly congratulate our nation.
On this historic day in 1918, the signing of the Declaration of Independence determined our nation’s destiny and laid the foundation for the first democratic, legal, and secular republic in the East.
May our independence be permanent and our sovereignty eternal!
27/05/2026
🇦🇿 Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, həmrəylik və paylaşma dəyərləri ilə zəngin bu bayramda hər birinizə xoş ovqat və əmin-amanlıq arzulayırıq.
🇬🇧 We congratulate our people on the occasion of the sacred Eid al-Adha, which embodies the values of solidarity and sharing, and extend our wishes of happiness and prosperity to each of you.
10/05/2026
🇦🇿10 May — Azərbaycanın müasir dövlətçiliyinin, neft strategiyasının və iqtisadi müstəqilliyinin memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu öndərin milli-mənəvi dəyərlərə əsaslanan zəngin siyasi irsi, uzaqgörən idarəçilik fəlsəfəsi və müstəqil Azərbaycanın inkişafına verdiyi misilsiz töhfələr bu gün də ölkəmizin davamlı inkişafının, güclü institusional əsaslarının və milli tərəqqi yolunun möhkəm təməlini təşkil edir.
🇬🇧 May 10 marks the 103rd anniversary of the birth of National Leader Heydar Aliyev - the architect of Azerbaijan’s modern statehood, oil strategy, and economic independence.
The National Leader’s rich political legacy, grounded in national values and guided by a far-sighted philosophy of governance, along with his unparalleled contributions to the development of independent Azerbaijan, continue to serve as the enduring foundation of our country’s sustainable development, strong institutional frameworks, and national progress.
09/05/2026
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
05/05/2026
🇦🇿 ARDNF tərəfindən Azərbaycan Respublikasının Şanlı Zəfərinin 5-ci ildönümü münasibətilə Qarabağ Universitetinin tələbələri üçün həyata keçirilən “Zəfərdən Gələcəyə” mentorluq proqramının açılış mərasimi baş tutub.
İnsan kapitalının inkişafı və təhsilin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərin davamı olan bu Proqram çərçivəsində Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci və 3-cü kurs tələbələri arasından seçim əsasında 10 nəfər iştirakçı müəyyən edilib. Seçilmiş tələbələr Fondun mütəxəssisləri tərəfindən təqdim olunacaq mentorluq dəstəyi vasitəsilə investisiya və maliyyə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
🔗Daha ətraflı məlumat: https://www.oilfund.az/fund/press-room/news-archive/1766
🇬🇧 SOFAZ held the opening ceremony of the "Zəfərdən Gələcəyə" (From Victory to the Future) mentorship programme, designed for students of Karabakh University.
As a continuation of SOFAZ's ongoing commitment to human capital development and educational support, the programme competitively selected 10 participants from among second- and third-year students of the Faculty of Economics. Under the guidance of SOFAZ experts, participants will deepen their knowledge and build practical skills in the fields of investment and finance.
🔗 More information: https://www.oilfund.az/en/fund/press-room/news-archive/1766