Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sosial platformalarında teatrımızın bir günü haqqında maraqlı videomaterial paylaşılıb...
Pərdəarxasında nələr baş verir?
Səhnədə gördüyümüz hər tamaşanın arxasında böyük zəhmət, həyəcan və yaradıcılıq prosesi dayanır.
Azərbaycan Dövlət Kukla Teatrının səhnəarxası həyatına nəzər salın — aktyorların hazırlığı, son məşqlər, dekorların qurulması və tamaşa öncəsi yaşanan unudulmaz anlar…
Pərdə qalxmazdan əvvəlki bu canlı və səmimi dünyanı Mədəniyyət Nazirliyinin təqdimatında izləyin.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Government Building, Neftçilər prospekti 36, Baku.
01/06/2026
30/05/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü də daxil olmaqla, iyun ayının bütün bayram və istirahət həftələrində səhnəmizdə xüsusi coşğu olacaq 🎭✨🎈🎉💫
Balacalarımızın sevinc dolu anlarına birlikdə şahid olmaq, özünüzü evinizdə hiss etmək üçün böyük kukla evimizdə görüşək 🤗🏡🎪💖🌈🧸
Sizi sevgi, nağıl və möhtəşəm tamaşalarla dolu günlər gözləyir
28/05/2026
Bayram və istirahət günlərində bizim səhnədə tamam başqa bir coşğu yaşanır.
Balacalarla ən gözəl görüş yeri yenə də bizim əziz kukla teatrıdır. Gəlin, bayram sevincini birlikdə paylaşaq. 🎭✨
19/05/2026
Bu həftə bizim səhnədə hər gün bir-birindən rəngarəng tamaşalar var 🎭✨
Məncə, belə fürsət hər zaman ələ düşmür... Bəlkə dəyərləndirək? 😊
18/05/2026
Teatrımızın 95 illik yubileyi münasibətilə ünvanlanan təbriklər sırasında Xəzər Medianın Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun səmimi və dəyərli təbriki bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi və kollektivi adından hörmətli Murad Dadaşova teatrımıza göstərdiyi daim diqqətə, xoş münasibətə və ünvanladığı ürək sözlərinə görə dərin minnətdarlığımızı bildiririk.
Sənətə və mədəniyyətə verilən bu dəyər bizim üçün həm böyük mənəvi dəstək, həm də yeni yaradıcılıq uğurlarına stimuludur.
16/05/2026
Bu gün Azərbaycan kukla sənətinin tarixində əlamətdar gündür.
Azərbaycan Xalq Maarif Komissarlığının 16 may 1931-ci il tarixli əmri ilə Bakıda Türk Kukla Teatrının əsası qoyuldu. Məhz həmin gündən səhnədə kuklalar yalnız uşaqların deyil, bütöv bir xalqın duyğularını, nağıllarını və yaddaşını danışmağa başladı.
1932-ci ilin aprelində təqdim olunan ilk tamaşa — “Sirk” isə bu sənət yolunun ilk parlaq addımı oldu.
Aradan keçən illər ərzində kukla sənəti nəsilləri birləşdirən, milli mədəniyyətimizi yaşadan və səhnəyə yeni nəfəs gətirən bir məktəbə çevrildi.
95 illik tarixi yolun hər səhifəsində sənətə sevgi, səhnəyə sədaqət və uşaqların təbəssümü dayanır. 🎭✨
Mədəniyyət Nazirliyinin "Sənətim.az" səhifələri yubileyimizlə bağlı sosial hesablarında paylaşımlar edib.
https://www.facebook.com/share/p/18XR2oL31f/
https://www.instagram.com/p/DYZVNOpMGxu/?igsh=MTNpcnRlbGI5ZTN
Qeyd: İlin sonunadək teatrın yubiley tədbirinin təşkili nəzərdə tutulub.
15/05/2026
🎭 Bu gün Kukla Teatrında nağıl dolu bir gün olacaq.
Əziz balalar, gününüzü nağıllarla bəzəmək üçün sizi teatrımıza gözləyirik! 🧚♂️🎪🎈
🕛 “Əlibaba və 40 quldur” — 12:00, 14:00
🕓 “Üç cəsur” (rus dilində) — 16:00
🎟️ Biletlər teatrın kassasında və iticket.az-da
✨🎭
12/05/2026
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təşəkkür teleqramı Prezidentin rəsmi Prezident.az
internet saytında dərc olunub.
Qeyd edək ki, sözügedən teleqramda ölkə başçısının mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.
Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamınıza əsasən Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları - Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin, aktyorlar Sərıyyə Mansurova və Cavid İbrahim...
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Neftçilər Prospekti 36
Baku
1005
Opening Hours
| Tuesday | 10:00 - 19:00 |
| Wednesday | 10:00 - 19:00 |
| Thursday | 10:00 - 19:00 |
| Friday | 10:00 - 19:00 |
| Saturday | 10:00 - 19:00 |
| Sunday | 10:00 - 19:00 |
