01/06/2026
81 nömrəli tam orta ümumtəhsil məktəbində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maraqlı və yaddaqalan tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərdə uşaqlıq hüquqları, dostluq, birgəyaşayış və xoş münasibətlərin formalaşdırılması olmuşdur.
Tədbir zamanı şagirdlər müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış etmiş, şeirlər səsləndirmiş, mahnılar ifa etmiş və rəqs nömrələri təqdim etmişlər. Kiçik yaşlı şagirdlərin hazırladığı səhnəciklər tədbirə xüsusi rəng qatmışdır. Müəllimlər tərəfindən uşaqlara 1 iyun gününün əhəmiyyəti barədə məlumat verilmiş, onların hüquqları və inkişafında təhsilin rolu vurğulanmışdır.
Tədbir şagirdlərin böyük marağına səbəb olmuş, onlarda sevinc və bayram əhval-ruhiyyəsi yaratmışdır. Sonda iştirakçılara təşəkkür edilmiş və uşaqlara uğurlar arzulanmışdır.
01/06/2026
81 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris günlərinə hazırlıq məqsədilə genişmiqyaslı təmizlik və səliqə-sahman işləri həyata keçirilir. Məktəbimizin bütün dəhlizləri, sinif otaqları və ümumi istifadə sahələri texniki əməkdaşlarımızın zəhməti ilə diqqətlə təmizlənir, şagirdlərimiz üçün sağlam, təhlükəsiz və nümunəvi təhsil mühiti yaradılır.
Hər təmiz sinif otağında böyük zəhmət, məsuliyyət və məktəb sevgisi dayanır. Əməyi ilə məktəbimizi daha gözəl və daha doğma edən bütün əməkdaşlarımıza təşəkkür edirik. 🌿👏
Təmiz məktəb — sağlam gələcəyin başlanğıcıdır. 🤍
26/05/2026
81 nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinif şagirdi Ələkbərov Ağa Azərbaycan Gənclər və İdman Nazirliyinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı şəhər açıq turnirində 8-10 yaş kateqoriyasında birinci yer tutaraq diplom və medalla təltif olundu.
25/05/2026
81nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci sinif şagirdi Əliyev Babək Azərbaycan Gənclər və İdman Nazirliyinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı şəhər açıq turnirində 7-8 yaş kateqoriyasında birinci yer tutaraq diplom və medalla təltif olundu.
22/05/2026
81 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Osmanova Elza tərəfindən Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlər planına uyğun olaraq 5 “B” sinif şagirdlərinə məktəbin AKT zalında “Sehrli xalat” filmi nümayiş etdirilmişdir.
21/05/2026
Cari ilin may ayının 20-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin ərazisində keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışında 81 nömrəli məktəbin şagirdləri iştirak ediblər.
19/05/2026
81 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Abbaslı DuyğuBeynəlxalq Uşaq və Gənclər təsviri incəsənət festivalında “Mənim Azərbaycanım” mövzusunda iştirak edərək sertifikatla təltif olunmuşdur.
19/05/2026
Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və nümayəndə Qalayev Həmid Novruz oğlunun diqqəti nəticəsində 81 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində toplanmış qurumuş ağaclar operativ şəkildə ərazidən daşınmışdır.
Göstərilən diqqətə və çevik reaksiyaya görə təşəkkür edirik. Bu cür operativ yanaşma Zabrat qəsəbəsində abadlıq və təhlükəsizlik işlərinin davamlı olaraq diqqətdə saxlanıldığını göstərir. 🌳👏