Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center

Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center

Share

Dövlət xidmətləri rəqəmsal dövrdə! Public services in the digital era!

Main operational areas of the Center include electronic government services, services related to e-visa issuance, and digital payment systems. In order to improve service quality, facilitate access to services and increase citizen satisfaction in the mentioned fields advanced international practices have been explored and innovative solutions have been introduced by taking into account needs of th

21/11/2022

“ASAN Login”də qeydiyyatdan keçməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan "Elektron Təhsil Tələbə Krediti" sisteminə bir kliklə keçid edin, kredit üzrə müraciətinizi daha asan həyata keçirin!

🌐 https://asanlogin.my.gov.az/

18/11/2022

Ödənişlərin asan və təhlükəsiz yolu - “ASAN ödəniş”!

“ASAN ödəniş” mobil tətbiqini yükləməklə və ya portala daxil olmaqla ipoteka ödənişlərinizi sadəcə bir kliklə, olduğunuz yerdən həyata keçirin.

🌐 https://asanpay.az/intro/home
📱"ASAN ödəniş" mobil tətbiqi: http://onelink.to/asanpay

17/11/2022

Xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edirik!

16/11/2022

Azərbaycanda kibergigiyena üzrə keçirilən ilk beynəlxalq konfransdan görüntüləri sizə təqdim edirik.

"Təhlükəsiz Rəqəmsal Mühit" devizi altında baş tutan konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, həmçinin, “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib.

Photos from Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center's post 14/11/2022

Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, həmçinin “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib.

Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.

Ətraflı: https://bit.ly/3hHaztp

12/11/2022

12 noyabr demokratik və müstəqil respublikamızın əsasını təşkil edən Konstitusiyamızın qəbul olunduğu gündür. Xalqımızı Konstitusiya günü münasibətilə təbrik edirik!

10/11/2022

"myGov" mobil tətbiqindən istifadə etməklə iş yeri, təhsil, yaşayış yeri, şəxsiyyət vəsiqəsi və digər məlumatlarınızla olduğunuz yerdən rahatlıqla tanış olun, işiniz yubanmasın.

🌐my.gov.az
📱"myGov" mobil tətbiqi: http://onelink.to/mygov

09/11/2022

Dövlət Bayrağı Günümüz mübarək! Bayrağımız daim zirvələrdə dalğalansın! 🇦🇿

07/11/2022
07/11/2022

Bu gün ordumuzun, xalqımızın zəfər günüdür! Zəfər Günümüz mübarək!

07/11/2022

Müharibə iştirakçısı olmuş EHİM əməkdaşları şanlı zəfərimiz haqqında danışdı. 8 noyabr Zəfər Günümüz mübarək!

Photos from Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center's post 04/11/2022

"ASAN xidmət"in əməkdaşları “AI4GOV” proqram üzrə məzun olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və əməkdaşı Əzizə Vidadi “AI4GOV” proqramı üzrə məzun olublar.

“Dövlət xidmətlərində süni intellektin tətbiqi” (AI4GOV) adlı ilk magistr proqramı 2021-ci ildə Avropanın rəqəmsallaşma, texnologiya və mühəndislik sahələrində aparıcı 4 universiteti olan İspaniyanın Madrid Politexnik Universiteti, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Fridrix Aleksandr Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetinin birgə təşəbbüsü və Avropa İttifaqının maddi dəstəyi ilə ərsəyə gətirilib.

2021-2022-ci il tədris ili çərçivəsində proqrama dünyanın 30-dan çox ölkəsindən həm özəl, həm də dövlət sektorundan olmaqla 40 fərqli sahəni təmsil edən iştirakçı qoşulub.
Proqramın əsas məqsədi süni intellekt texnologiyalarının istər nəzəri, istərsə də texniki əsaslarını başa düşərək dövlət xidmətlərində tətbiqini həyata keçirəcək ekspertlərin hazırlanmasıdır.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


M. K. Atatürk Prospekti 89/91
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00