03/06/2026
2 İyun – Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü ✈️
Bu əlamətdar gün Qarabağ və Şərqi Zəngəzurun hava nəqliyyatında yeni mərhələyə çevrilən beynəlxalq hava limanlarının fəaliyyəti ilə daha da böyük məna kəsb edir.
Azad edilmiş ərazilərdə qısa müddətdə fəaliyyətə başlayan hava limanlarımız:
📍 Füzuli Beynəlxalq Hava Limanı
📍 Zəngilan Beynəlxalq Hava Limanı
📍 Laçın Beynəlxalq Hava Limanı
Regionun iqtisadi, turizm və logistik potensialını artıran bu layihələr, Qarabağ və Şərqi Zəngəzurun dünyaya açılan hava qapılarıdır.
Göyləri fəth edən, mülki aviasiya sahəsində çalışan bütün əməkdaşların bayramı mübarək! ✈️🇦🇿
01/06/2026
Böyük Qayıdış davam edir!
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə köç prosesi may ayında da sürətlə davam edib. Doğma torpaqlara qayıdanlar – respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
➡ idp.gov.az
01/06/2026
May ayında Dövlət Komitəsinin rəhbər şəxsləri növbəlilik əsasında vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıblar.
Müraciətlər əsasən:
• İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış;
• Köçürülmənin prinsipləri, sorğuda iştirak;
• Məşğulluqla təminat;
• Müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
• Kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlər.
ℹ️ Növbəti qəbullarla bağlı məlumat almaq və qəbula yazılmaq üçün Dövlət Komitəsinin 1657 nömrəli Qaynar Xətt Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
➡ idp.gov.az
01/06/2026
Balaca qəlblərə böyük sevinclər yaşadan gün!
Bu gün Böyük Qayıdışın sevincini yaşayan ailələrin körpələrinin də üzlərində xoş bir təbəssüm var. Uzun illər unudulmaz xatirələrdə yaşayan şəhərlər, kəndlər indi uşaqların gülüşü ilə yenidən canlanır. Onlar ata-babalarının doğulub boya-başa çatdığı yurdda xoşbəxt böyüyəcək, əmin-amanlıq içərisində yaşayacaqlar…
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və nurlu gələcək arzulayırıq!