Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Share

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu

I. II. III. IV. Maddə 5.

Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını mədafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların

01/06/2026

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edirik.

Bütün uşaqlara sağlam ömür, xoşbəxt və uğurlu bir həyat yolu arzu edirik!


30/05/2026

Baş Prokurorluğun Mətbuat xidməti 23.05.2026-cı il tarixdən 30.05.2026-cı il tarixədək olan həftəlik icmalı təqdim edir

28/05/2026


27/05/2026
26/05/2026


・・・
Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

26/05/2026

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı

14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Photos from Azərbaycan Respublikasının Baş Prokurorluğu's post 26/05/2026

- Müraciət etmək hüququ

Photos from Azərbaycan Respublikasının Baş Prokurorluğu's post 26/05/2026

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

Baş prokuror paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Mayın 26-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasında Qaradağ rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 37 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

26/05/2026

- Ailə və Cinayət qanunvericiliyində erkən evliliklərin qarşısının alınmasının hüquqi mexanizmləri

Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, ailə münasibətlərinin hüquqi əsasları və şəxsi azadlıqlar dövlət tərəfindən qorunur.

Ailə Məcəlləsinin 10.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bu norma yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi, onların təhsil hüququnun təmin edilməsi və sağlam sosial-psixoloji inkişafının qorunmasına xidmət edir.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən, nikaha və ya erkən evliliyə məcbur etmə cinayət məsuliyyəti yaradır.

Həmin əməllərin törədilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Eyni zamanda, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə daha ağır hüquqi nəticələr doğurur və üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu hüquqi tənzimləmə ailə institutunda könüllülük prinsipini təmin etməklə yanaşı, yetkinlik yaşına çatmayan şəxslərin məcburi ailə münasibətlərinə cəlb olunmasının qarşısını alır və insan hüquqlarının, xüsusilə uşaqların hüquqlarının effektiv müdafiəsinə xidmət edir.

26/05/2026

3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bu müsahibə verib.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Nigar Rəfibəyli Küç. 7
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00