Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Share

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi. Ilham Aliyev, No. 54 dated November 19, 2008.

Yaranma tarixi və məqsədi

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönü

Photos from Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi's post 03/06/2026

Polşa Respublikasının Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat verib və əlavə edib ki: “Polşadakı Azərbaycan diasporunun fəaliyyəti xalqımızın zəngin tarixi-mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına xidmət etməklə yanaşı, Azərbaycan və Polşa xalqları arasında dostluq münasibətlərinin inkişafına, mədəni dialoqun genişlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə təşviqinə əlverişli zəmin yaradır”.
Səfir Pavel Radomski səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, Polşadakı Azərbaycan icmasının ölkənin ictimai-mədəni həyatında yaxından iştirakını və cəmiyyətə inteqrasiyasını yüksək qiymətləndirib. Səfir Azərbaycan diasporunun həyata keçirdiyi layihə və təşəbbüslərin ölkələrimiz arasında qarşılıqlı etimada xidmət etdiyini vurğulayıb.
Komitənin Azərbaycandakı polyak icmasının nümayəndələri ilə görüşün keçirilməsi barədə təşəbbüsü xüsusi maraqla qarşılanıb. Qeyd olunub ki, bu cür təmaslar Azərbaycan və Polşa xalqları arasında anlaşmanın dərinləşməsinə, mədəni əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Görüş zamanı səfirlə Polşa ədəbiyyatının Azərbaycanda daha geniş tanıdılması istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu çərçivədə müştərək mədəni layihələrin təşkili, eləcə də Azərbaycan və Polşa ədəbi dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


03/06/2026

Diasporla İş üzrə Dövlət Komitəsinin layihə və proqramları
Azərbaycan Evləri


Photos from Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi's post 03/06/2026

Almaniyanın Münhen şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirdə Münhen və ətraf bölgələrdə yaşayan soydaşlarımız, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov Azərbaycan xalqının müstəqillik tarixinin şanlı səhifələrindən bəhs edib. Gənclərin diaspor fəaliyyətindəki rolunu xüsusi vurğulayaraq, Münhendə belə bir tədbirin keçirilməsinin qürurverici oluğunu söyləyib. O, həmçinin Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəaliyyətinə göstərilən davamlı diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/munhende-azerbaycan-xalqinin-musteqillik-tarixinden-danisilib-7117




03/06/2026

Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kanadada Səfirliyinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Toronto Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ontario Qanunvericilik Assambleyasının üzvləri - Raymond Ço, Nina Tanqri, Şeref Sabavi, Rudi Kuçetto, Andreya Heyzel, Kristin Vonq, Eyşlin Klensi, Çarmeyn A. Uilyams, Laura Smit və Kanadadakı soydaşlarımız iştirak edib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/ontario-qanunvericilik-assambleyasinda-musteqillik-gunu-qeyd-olunub-7116




03/06/2026

İsrailin Kiryat-Yam şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilovun təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Kiryat-Yam bələdiyyəsinin tərəfdaşlığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri, şəhər sakinləri və ictimai xadimlər də daxil olmaqla çoxsaylı qonaqlar qatılıb. Gecənin aparıcısı “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov olub. Tədbirdə çıxış edən Kiryat-Yam şəhərinin meri David Even-Tzur iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin əhəmiyyətindən danışıb, Azərbaycandan olan insanların şəhərin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/kiryat-yamda-azerbaycanin-musteqillik-gunu-qeyd-edilib-7115




03/06/2026

Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk vilayətinin azərbaycanlıları Liqası”nın Milli-Mədəni Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Liqanın sədri Sərxoş İsmayılov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Azərbaycanın bu gün də inkişaf yolunda inamla irəlilədiyini bildirib. Çıxışlarda Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı vurğulanıb, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəkdən, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən danışılıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/dneprdeki-soydaslarimiz-28-may-musteqillik-gununu-qeyd-edibler-7114




03/06/2026

ABŞ-nin Çikaqo şəhərində yerləşən “Daley Center” binasının qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bayraq qaldırma mərasiminə Azərbaycan icmasının üzvləri, diaspor nümayəndələri, eləcə də digər qonaqlar qatılıb. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlandırılıb, həmçinin ölkəmizin müstəqilliyi və dövlətçilik ənənələrinin əhəmiyyəti vurğulanıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/cikaqoda-azerbaycan-respublikasinin-dovlet-bayragi-qaldirilib-7113




03/06/2026

Qırğızıstanın paytaxtı Bişkek şəhərində, eləcə də Dostuq və Novonikolayevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərində 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərslər keçirilib. Dərslərdə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun dövlətçilik tariximizdəki rolu və müasir Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Məktəblilər müstəqillik mövzusunda şeirlər səsləndirib, təqdimatlar nümayiş etdiriblər. Tədbirlərdə Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin və tarixi irsin gənc nəslə aşılanmasının əhəmiyyəti, eləcə də belə təşəbbüslərin xaricdə yaşayan soydaşlarımız arasında milli kimliyin qorunmasına və Azərbaycançılıq ideyalarının təbliğinə mühüm töhfə verdiyi bildirilib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/qirgizistandaki-heftesonu-azerbaycan-mekteblerinde-28-may-musteqillik-gunu-qeyd-olunub-7112




03/06/2026

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Azərbaycanın Müstəqillik Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr olunan “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib. Tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, yerli ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/qafqazin-iki-musteqil-sesi-7110



03/06/2026

Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılan LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də iqtisadi əlaqələrin formalaşmasına və Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və əməkdaşlıq məkanıdır. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Vaqif Sadıqov 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinə diqqət çəkib. Səfir dövlətçilik ənənələrimizin və üçrəngli dövlət bayrağımızın məhz həmin dövrdə formalaşmasından bəhs edib. Bildirib ki, LuxAz Mərkəzi xaricdə yaşayan azərbaycanlılar üçün doğma vətəni xatırladan mühüm bir məkandır.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/luksemburqda-luxaz-merkezinin-resmi-acilisi-olub-7109




Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Səməd Vurğun Küç. 42
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00