07/01/2026
🌱 İnnovasiya regionlarda canlanır!
Innovation and Digital Development Agency-nın dəstəyi ilə Sumqayıt, Gəncə və Naxçıvanda fəaliyyət göstərən Azərbaycan İnnovasiya Mərkəzlərində son 1 ay ərzində təlimlər, hakatonlar və innovativ proqramlar uğurla həyata keçirilib.
💡Bu təşəbbüslər regionlarda startapların yaranmasına, insan kapitalının inkişafına və dayanıqlı innovasiya ekosisteminin formalaşmasına töhfə verib. ✨
Biz inanırıq ki, gələcəyin parlaq ideyaları bu mərkəzlərdə formalaşır!
25/12/2025
25 dekabr 2024-cü ildə Aktau yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğramasından 1 il keçir. Həlak olanların xatirəsini dərin hüznlə yad edir, ailələrinə başsağlığı veririk.
03/12/2025
-də Həllər Hakatonu keçiriləcək! 🚀
23–24 dekabr tarixlərində baş tutacaq hakaton “B2B Həllərinin Yaradılması” mövzusuna həsr olunub.
📍 I gün – 23 dekabr: İş sessiyası, UNEC Nizami korpusu
📍 II gün – 24 dekabr: Təqdimat Günü, Azərbaycan İnnovasiya Mərkəzi (AİM)
Hakaton çərçivəsində iştirakçılar real biznes problemləri üzərində çalışacaq, innovativ B2B həllər hazırlayacaq və layihələrini münsiflər heyətinə təqdim edəcəklər. Praktik təcrübə, komanda işi və innovasiya dolu iki gün sizi gözləyir!
🏆 MÜKAFAT FONDU:
🥇 1-ci yer: 4000 AZN
🥈 2-ci yer: 2500 AZN
🥉 3-cü yer: 1000 AZN
🔗 Qeydiyyat üçün:
https://forms.gle/Dp2PAiapwD8ScKdw5
Dedlayn: 16 dekabr 2025, saat 00:00
İdeyan varsa, meydan sənindir! 💡🔥
25/11/2025
🎓Azərbaycan İnnovasiya Mərkəzində (aim) Azərbaycan Dövlət Dəniz Akademiyasının professor–müəllim və tələbə heyəti üçün “İnnovasiya mədəniyyətinin formalaşdırılması” mövzusunda seminar keçirilib.
🤝 Seminarı İnnnovasiya Ekosistemi Departamentinin startap ekosisteminə dəstək şöbəsinin rəhbəri Camal Ağayev təqdim edib. Tədbirdə innovasiya mədəniyyətinin mahiyyəti, akademik mühitdə tətbiq oluna bilən müasir metodlar, həmçinin ölkədə formalaşan startap ekosistemi və yeni əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verilib.🚀
📟Seminar innovativ düşüncə tərzinin gücləndirilməsi, tələbələrin startap fəaliyyətinə cəlb olunması və universitetlərin innovasiya ekosisteminə inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm addım sayılır. 🔍
📲İnnovasiya yönümlü təhsil mühitinin qurulmasına dəstək olmaq və gələcək təşəbbüslərdən xəbərdar qalmaq üçün bizi izləyin! 🌟
12/11/2025
Dövlətimizin əsasını təşkil edən konstitusiya tarixin məhz bu günü qəbul olunub. ⚖️
Konstitusiya vətəndaşlarımızın hüquq və azadlıqlarını təmin edən ali qanundur. Ədalətə və bərabərliyə söykənən bu qanunlarımıza hər kəs eyni dərəcədə riayət etməlidir. 🇦🇿
09/11/2025
Üçrəngli bayrağımız xalqımızın azadlıq, birlik və müstəqillik simvoludur. 💙❤️💚
O, tariximizin dərin köklərindən güc alaraq bu gün qürurla dalğalanır.
9 Noyabr – Bayraq Günümüz mübarək!🕊️
08/11/2025
🏛️ 8 Noyabr – Şuşa Şəhəri Günüdür.
Qalibiyyətimizin simvolu olan bu şəhər hər gün daha da çiçəklənir. 🌸
07/11/2025
Bu gün Azərbaycan xalqının qürur və birlik günüdür.
8 Noyabr – Zəfər Günü qəhrəmanlıq, vətənpərvərlik və yenilməz iradəmizin qalib gəldiyi gündür. Buna görə hər zaman fəxrlə deyəcəyik: Zəfər bizimdir, Azərbaycanındır!
20/10/2025
20 oktyabr — Zəngilanın işğaldan azad edildiyi gündür.
Zəfər tariximizin qürur mənbəyi Zəngilanın dirçəlişi Azərbaycanın qüdrətini və birliyini simvolizə edir.