04/06/2026
Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir Anar Əliyev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
ℹ️ “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Sessiya çərçivəsində nazir Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan və Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene, BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres, Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşüb.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-olkemizin-bet-in-daha-bir-konvensiyasina-qosulmasina-dair-bildirisi-teskilatin-bas-direktoruna-teqdim-edib-9365?fbclid=IwY2xjawSOR5lleHRuA2FlbQIxMABicmlkETFjeU4yYWpWOXhycmxMU1k1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHqLnpyfXlZSDoVm5x6-N8nQs11TvFYb1ylYy4DVS_Xkn256T1Z009ZxLl2aH_aem_NogLQBVLLnhmmaPUyVk3NA
04/06/2026
🟢 Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib.
👥 “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın şagird iştirak edib.
🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-uzre-novbeti-tedbir-naxcivan-seher-heyder-eliyev-adina-tam-orta-mektebde-kecirilib?fbclid=IwY2xjawSOR25leHRuA2FlbQIxMABicmlkETFjeU4yYWpWOXhycmxMU1k1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHsWdHjJNX3tD3dgYvYED1FpoNa9TzTuaWElyP6JQY9IVPRibZ9ii9Ba0QVTj_aem_fu4TR7TU7bWT1GmGRAckDg
04/06/2026
🔷 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə maarifləndirmə təlimlərini uğurla başa vuran təhsil işçilərinə sertifikatlar təqdim olunub.
👥 Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 73 əməkdaşı iştirak edib.
🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesine-dair-novbeti-sertifikatlar-tehsil-iscilerine-teqdim-olunub?fbclid=IwY2xjawSONBhleHRuA2FlbQIxMABicmlkETFRSXg5dGROcjZuNjZPcDVuc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHkVZY8N29JusiVbrHh262p2YY6-ysCg9KqiBl8uLo6CjbAL-Tpxxe0CskhBO_aem_ejKTm182QYmpdprYj-IdUw
04/06/2026
⚠️ Korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların baş vermə ehtimalıdır.
04/06/2026
🔷 Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
🔷 Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
🔷 Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
03/06/2026
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 🤝 Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə 🦺 əməyin mühafizəsi mövzusunda üç günlük vebinar keçirilib.
💻 “Əməyin təhlükəsizliyi və gigiyenası üzrə məsləhətləşmələr: real təcrübə və praktiki biliklər əsasında öyrənmə” mövzusuna həsr olunan vebinarın keçirilməsində məqsəd əməyin mühafizəsi sahəsində bilik və bacarıqların artırılması, 🌍 beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması ilə bağlı preventiv yanaşmaların müzakirəsi olub.
📚 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-sahesinde-beynelxalq-tecrube-muzakire-olunub