30/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov (Mikayil Jabbarov) Dünya Bankının (World Bank) Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı - https://shorturl.at/lUNfI
29/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov (Mikayil Jabbarov) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
Ətraflı - https://shorturl.at/zMNJu
27/10/2025
Bakıda Birləşmiş Millətlər Təşkilatının (United Nations) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb. Çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.
Ətraflı - https://shorturl.at/oDQRS
25/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov (Mikayil Jabbarov) Türk Dövlətləri Təşkilatının (Türk Devletleri Teşkilatı - Organization of Turkic States) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Ətraflı – https://shorturl.at/YZj3i
23/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov (Mikayil Jabbarov) Estoniyanın xarici işlər naziri Marqus Tsaxna (Margus Tsahkna) ilə görüşüb.
Ətraflı – https://shorturl.at/niza6
20/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov (Mikayil Jabbarov) ABŞ-yə səfəri zamanı Beynəlxalq Valyuta Fondu (International Monetary Fund) və Dünya Bankı Qrupunun ( World Bank) 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına (Islamic Development Bank Group - isdb.org) üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.
Ətraflı - https://shorturl.at/6kZJ1
15/10/2025
Azərbaycanın Cəbrayıl rayonunda 200 milyon dollarlıq Şəfəq Günəş Enerjisi Layihəsi sürətlə irəliləyir – əsas mərhələlər uğurla tamamlanır, avadanlıqlar sahəyə çatdırılır.
Ətraflı - https://surl.li/olcags
10/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Küveytə işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, sənaye, turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin təşviqi imkanları müzakirə olunub.
Ətraflı – https://shorturl.at/dI1Xd
09/10/2025
Küveyt Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan və Küveyt arasında iqtisadi, investisiya və ticarət əlaqələrinin dərinləşdirilməsi, biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Ətraflı - https://shorturl.at/0GJiP
08/10/2025
İqtisadiyyat naziri Mikayıl Cabbarovun (Mikayil Jabbarov) Omana səfəri çərçivəsində investisiya və ticarət əməkdaşlığına dair bir sıra müzakirələr aparılıb, Azərbaycan–Oman işgüzar dəyirmi masası təşkil olunub.
Ətraflı - https://shorturl.at/k9Qyq