04/06/2026
Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir Anar Əliyev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
ℹ️ “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Sessiya çərçivəsində nazir Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan və Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene, BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres, Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşüb.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-olkemizin-bet-in-daha-bir-konvensiyasina-qosulmasina-dair-bildirisi-teskilatin-bas-direktoruna-teqdim-edib-9365
03/06/2026
Beynəlxalq Əmək Təşkilatının Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.
O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib.
ℹ️ Sessiya çərçivəsində nazir Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-beynelxalq-emek-konfransinin-sessiyasinda-cixis-edib-9361
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.🎈
Sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib.
01/06/2026
Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
➡️ https://www.facebook.com/share/p/18JUaWMbY6/
01/06/2026
Prezident İlham Əliyev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
➡️ https://www.facebook.com/share/p/1CznJBpbgi/
31/05/2026
Hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur.
ℹ️ Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.
➡️ https://sosial.gov.az/az/media/xeberler/bu-gun-umumdunya-himayedar-aile-gunudur-9340
➡️ https://worldfosterday.org
28/05/2026
28 May – Milli qürur günümüzdür! 🇦🇿
Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 🎉