ASAN İnnovativ İnkişaf Mərkəzi

ASAN İnnovativ İnkişaf Mərkəzi

Share

Peşəkarlıq və keyfiyyət bizim fəaliyyətimizin əsas prinsipləridir. 💼
AİİM-lə İNKİŞAFDAYIQ!

Biz, xidmət sahəsində illərlə qazanılmış zəngin “ASAN” təcrübəsi ilə ixtisaslaşmış peşəkarlardan ibarət komandamız sayəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verən ASAN İnnovativ İnkişaf Mərkəziyik! Mərkəzimiz müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiy

03/06/2026

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfdaşlığı və "Baku Design Academy"nin təşkilatçılığı ilə "Microsoft World Championship" üzrə seçim prosesinin ilk mərhələsi olan ”Hackathon” keçirilib

Photos from ASAN İnnovativ İnkişaf Mərkəzi's post 02/06/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə "Microsoft World Championship" üzrə seçim prosesinin ilk mərhələsi olan”Hackathon” keçirilib.

“Baku Design Academy”nin təşkilatçılığı ilə baş tutan “Hackathon” “Microsoft Office Specialist World Championship” beynəlxalq yarışına aparan seçim mərhələsinin başlanğıcı olub. Hər il 30-dan çox ölkədən 400-dən çox iştirakçını bir araya gətirən nüfuzlu dünya çempionatı bu il 27 iyul tarixində ABŞ-ın Kaliforniya ştatında keçiriləcək.

Azərbaycan gəncləri ilk dəfə bu qlobal platformada ölkəmizi təmsil etmək uğrunda mübarizəyə qoşulublar. Seçim prosesinə 200-dən çox müraciət daxil olub və onların arasından seçilmiş 50 iştirakçı “Hackathon”da iştirak edib. Növbəti mərhələdə 20 iştirakçı beynəlxalq sertifikasiya imtahanına vəsiqə qazanacaq. İmtahan nəticələrinə əsasən seçiləcək 3 finalist isə Kaliforniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək.

Layihə iştirakçılara yalnız yarış təcrübəsi deyil, eyni zamanda rəsmi “Microsoft Excel” beynəlxalq sertifikatı əldə etmək və qlobal peşəkar şəbəkəyə qoşulmaq imkanı yaradır.

Təşəbbüs “Baku Design Academy” tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, PAŞA Bank, eləcə də Certiport/Pearson və Microsoft şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

02/06/2026

🤖 Sizin üçün işləyən bir agentiniz olsun istərdiniz?

Məlumat toplayan, sorğuları cavablandıran, hesabat hazırlayan və vaxt aparan işləri avtomatlaşdıran rəqəmsal köməkçi artıq reallıqdır.

📍 “Süni intellekt agentləri” təlimində:
• Sİ agentlərinin qurulmasını
• İş proseslərini avtomatlaşdırılmasını
• Vaxt və resurs itkilərini azaldılmasını
• Süni intellekti işinizə tətbiq etməyi öyrənəcəksiniz.

🚀 Öz agentinizi yaradın və işinizi yeni səviyyəyə daşıyın!

📲 +994 55 511 90 94
Qeydiyyat: https://forms.gle/MLrv1WfFeVysbFZv5

31/05/2026

HR sahəsində süni intellektin gücünü kəşf etməyə hazırsınız?

“HR-lar üçün süni intellekt” təlimində işə qəbuldan performans analizinə qədər bir çox prosesi Sİ alətləri ilə daha sürətli və effektiv idarə etməyi öyrənəcəksiniz.

İş proseslərinizi optimallaşdırmaq və müasir HR bacarıqları qazanmaq üçün siz də təlimə qoşulun!

📲 +994 55 771 95 10
Qeydiyyat: https://forms.gle/ArmNn2h3pnRP4fPo7

29/05/2026

🤖 İyun ayı üzrə süni intellekt təlimlərimizin cədvəli hazırdır.

Süni intellekti gündəlik işinizdə daha effektiv istifadə etmək, yeni alətlər öyrənmək və praktiki biliklər qazanmaq istəyirsinizsə, bu təlimlər sizin üçündür. 🚀

HR, SMM, müəllimlər və Sİ sahəsinə marağı olan hər kəs üçün hazırlanmış proqramlara siz də qoşula bilərsiniz.

Qeydiyyat linki: https://forms.gle/WEwRkayajoZZP9Pm8
📍 ASAN İnnovativ İnkişaf Mərkəzi

28/05/2026

Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!

Photos from ASAN İnnovativ İnkişaf Mərkəzi's post 26/05/2026

“Komanda idarəçiliyində süni intellekt” təlimi uğurla baş tutdu.

İştirakçılar təlim müddətində süni intellektin komanda idarəçiliyində tətbiqi, iş proseslərinin optimallaşdırılması və effektiv liderlik yanaşmaları ilə tanış oldular.

Təlim üzrə məmnuniyyət göstəricisi: 98% 💫

Siz də növbəti təlimlərdə iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın:
📞 +994 55 711 95 10

Photos from ASAN İnnovativ İnkişaf Mərkəzi's post 25/05/2026

“Müəllimlər üçün süni intellekt” təlimi uğurla keçirildi.

Təlim zamanı iştirakçılar süni intellekt alətlərinin təhsildə tətbiqi və müasir texnologiyaların effektiv istifadəsi ilə tanış oldular.

📊 Məmnuniyyət göstəricisi: 98%

Siz də təlimlərə qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

📲 +994 55 511 90 94
📍 ASAN İnnovativ İnkişaf Mərkəzi

23/05/2026

Çətin insanlarla ünsiyyət və konfliktli situasiyalarda düzgün reaksiyanı tapmaq sizi çətin vəziyyətdə qoyur? 🤔

“Çətin situasiyalarda peşəkar ünsiyyət” təlimi bu kimi hallarda daha peşəkar və effektiv ünsiyyət qurmağınıza dəstək olacaq. 💬✨

Bu təlimdə siz:
✔️ Emosiyaları idarə etməyi
✔️ Gərgin situasiyalarda peşəkar ünsiyyət qurmağı
✔️ Konfliktləri düzgün həll etməyi
✔️ Çətin insanlarla effektiv davranış strategiyalarını öyrənəcəksiniz.

👩‍🏫 Təlimçi: ASAN İnnovativ İnkişaf Mərkəzinin kouç, təlimçisi Aytən Qocayeva

📜 Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

📞 Əlaqə: +994 55 511 90 94
🖇️ Qeydiyyat: https://forms.gle/MxTxphQyZaLw1brc7

22/05/2026

📚 “Müəllimlər üçün Süni İntellekt” mövzusunda onlayn təlim uğurla baş tutdu.

Təlim zamanı iştirakçılar süni intellekt alətlərinin təhsildə tətbiqi, dərslərin daha interaktiv təşkili və müasir texnologiyaların effektiv istifadəsi ilə tanış oldular. 💻

Təlim üzrə məmnuniyyət göstəricisi: 98%

Siz də növbəti təlimlərdə iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

📲+994 55 5119094
🔗 https://forms.gle/soPr42WKhSfRqLws6

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


79 Z. Nudiraliyev Str
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00