Xanlar Nuru oğlu Fətiyev

Xanlar Nuru oğlu Fətiyev

Share

98 saylı Bərdə-Tərtər seçki dairəsindən VII çağırış Milli Məclisin deputatı

04/06/2026

İyun 1-dən başlayaraq Bakı növbəti mötəbər tədbirə ev sahibliyi edir. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u bu dəfə paytaxtımızda 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirib. Ötən illə müqayisədə iştirakçı dövlətlərin və şirkətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji müzakirələrində aparıcı rolunu, o cümlədən, respublikamızın neft-qaz və bərpaolunan enerji sektoruna dünyada artan marağı əks etdirir.

https://az.trend.az/azerbaijan/politics/4193844.html

28/05/2026

Bu gün xalqımız əlamətdar günlərindən birini - 28 May Müstəqillik Gününü qeyd edir. 108 il əvvəl, 1918-ci ilin məhz bu tarixində Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Xalqımızın milli azadlıq arzularının ifadəsi olan bu tarixi hadisə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik ənənələrinin formalaşdırılması, demokratik idarəçilik prinsiplərinin tətbiqi və müstəqil dövlət təsisatlarının yaradılması istiqamətində mühüm addımlar atmışdı.

https://az.trend.az/azerbaijan/gundem/4191815.html

26/05/2026
26/05/2026

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə bir daha göstərdi ki, respublikamızda aqrar sektorun davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Belə bir müşavirənin keçirilməsi, Prezidentin toxunduğu məsələlər, verdiyi mesajlar, qarşıya qoyduğu vəzifələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində, ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan sahə kimi xüsusi diqqət mərkəzindədir.

https://azertag.az/xeber/azerbaycanda_aqrar_sahenin_inkisafinda_yeni_merhele_baslanir-4224959

21/05/2026

Bu günlərdə Bakı mötəbər beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Mayın 17-dən başlayan WUF13 müasir urbanistik meyarların inkişafına, bu sahədə yeni əməkdaşlıqların yaranmasına və təcrübə mübadilələrinə xidmət edən tədbirlərlə əlamətdardır. Forumun mövzusu isə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir.

https://azertag.az/xeber/wuf13_azerbaycanin_muasir_sehersalma_modelini_dunyaya_teqdim_edir__serh-4210587

Photos from Xanlar Nuru oğlu Fətiyev's post 15/05/2026

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Bəcirəvan, Xəsili kəndlərində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.
Qəbuldan öncə Millət vəkili Xanlar Fətiyev Bəcirəvan kəndində şəhid Sövqi İsmayılzadənin xatirəsinə salınmış xatirə- bulaq kompleksinin önünə tər güllər düzərək bütün şəhidlərin xatirəsini ehtiramla yad edib.
Qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.
Qəbul- görüş zamanı vətəndaşların müraciəti ilə Millət vəkili Xanlar Fətiyev Bəcirəvan kənd tibb məntəqəsində, Xəsili kənd tam orta ümumtəhsil məktəbində və Xəsili kənd körpələr evi -usaq bağçasında olub, oradakı vəziyyətlə tanış olub, buradakı müəyyən çətinliklərin həllində kömək edib.
Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.
Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

10/05/2026

May ayının 10-da xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ili tamam olur. Bu əlamətdar gündə hər birimiz bir daha Ulu Öndəri böyük minnətdarlıqla anır, əziz xatirəsi önündə baş əyirik. Hər il bu tarixdə ölkəmizin hər yerində keçirilən tədbirlərdə Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətləri, Azərbaycanın yüksəlişi naminə həyata keçirdiyi missiya dərin ehtiram və böyük minnətdarlıq hissi ilə xatırlanır.

https://az.trend.az/azerbaijan/politics/4184208.html

07/05/2026

Azərbaycan Respublikasının yürütdüyü xarici siyasət kursu son həftələrdə mühüm hadisələrlə əlamətdardır. Aprel ayında Prezident İlham Əliyevin Türkiyə və Gürcüstana səfərləri, habelə Litva və Çexiya baş nazirlərinin, Ukrayna və Latviya prezidentlərinin Azərbaycana səfərləri göstərir ki, çoxvektorlu xarici siyasi kursu həyata keçirən Azərbaycan qlobal səviyyədə orta gücə çevrilən və yeni dünya nizamının formalaşmasına real təsiri olan bir dövlətdir.

https://az.trend.az/azerbaijan/politics/4183370.html

06/05/2026

Dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və beynəlxalq münasibətlər sistemində rolu artmaqdadır. Bu gün qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan dövlətlər də beynəlxalq münasibətlərin qurucuları kimi çıxış edirlər.

https://az.trend.az/azerbaijan/politics/4182935.html

02/05/2026

Azərbaycanın qələbələrlə zəngin idman salnaməsinin bu günlərdə daha bir qürur doğuran səhifəsi yazıldı. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında idmançılarımızın yunan-Roma, sərbəst və qadın güləşi üzrə fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmələri, komanda hesabında birinci yerə çıxmaları hər birimizi dərindən sevindirdi. Bu tarixi uğur respublikamızda güləşin ənənəvi idman növü kimi uğurla inkişafda olduğunu nümayiş etdirir.

https://az.trend.az/azerbaijan/politics/4181567.html

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Salyan Şosesi 2
Baku