Araz Pashayev

Araz Pashayev

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Araz Pashayev, Government Official, Bakı şəhəri, Gənclər Meydanı 3, Baku.

10/05/2026

🇦🇿 Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Photos from Araz Pashayev's post 09/05/2026

🇦🇿 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tələbələrin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti böyük coşqu ilə başa çatdı.
Gənclərimizin istedadını, sənətə sevgisini və səhnə mədəniyyətini izləmək qürurverici idi. Müsabiqədə iştirak edən bütün tələbələrə uğurlar arzulayıram.

Photos from Araz Pashayev's post 08/05/2026

Ötən gün Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Xalq üçün yaşanan ömür” adlı tədbirdə iştirak etdik.
Ümummilli Lider Heydər Əliyevin həyat yolu, xalq və dövlət üçün gördüyü böyük işlər bir daha qürur hissi ilə xatırlandı.
Ulu Öndərin sevdiyi əsərlərlə müşayiət olunan bu gecə onun əziz xatirəsinə dərin ehtiramın, sonsuz sevginin ifadəsi idi. Yadda qalan, mənalı tədbir üçün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

Photos from Araz Pashayev's post 07/05/2026

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində iştirak etdik.
Müsabiqə gənclərimizin Heydər Əliyev irsini daha yaxından öyrənməsinə, milli dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir.
Qalib şagirdləri ürəkdən təbrik edir, hər birinə gələcək təhsil və həyat yolunda uğurlar arzulayıram.

07/05/2026

“Gəncə” Basketbol Klubu mövsümü bürünc mükafatla başa vurdu.

Azərbaycan Kubokunun qalibi olmaq və liqanı üçüncü pillədə tamamlamaq böyük zəhmətin və güclü komandanın nəticəsidir. Bu yolda əməyi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ( ), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına ( ) və hər zaman komandamızı dəstəkləyən azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. Qarşıda daha böyük hədəflər var. “Gəncə” Basketbol Klubuna uğurlar arzulayıram.
Gəncə Basketbol Klubu/Ganja Basketball Club

02/05/2026

Aprel ayı ərzində təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, istirahət və sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyimiz tədbirlər davam etdirilir.
Ay ərzində 516 ittifaq üzvü sanatoriya və istirahət mərkəzlərinə , 270 nəfər tədbirlərindən, 1019 nəfər , 287 nəfər isə yararlanıb.
Bizim üçün əsas məqsəd təhsil işçilərinin rifahına, sağlamlığına və asudə vaxtının səmərəli təşkilinə real töhfə verməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək

01/05/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq ittifaq üzvlərinin sağlamlığının qorunması, sosial rifahının gücləndirilməsi və istirahət imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətimizi ardıcıl davam etdiririk.

Aprel ayı ərzində 516 ittifaq üzvü e-AHİK elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək sanatoriya-kurort yollayışlarından yararlanıb və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində olub.

Photos from Araz Pashayev's post 29/04/2026

Brüsseldə -nin iclasında iştirak etdik. Bu görüş qarşılıqlı fikir mübadiləsi baxımından olduqca maraqlı keçdi.

Müxtəlif ölkələrdən olan həmkarlarla eyni platformada bir araya gələrək təhsil işçilərinin hüquqlarının qorunması, sosial rifahının gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri üzrə geniş fikir mübadiləsi apardıq.

Müzakirələrin əsasını 2026–2028-ci illər üzrə fəaliyyət strategiyası, maliyyə dayanıqlılığının təmin edilməsi və təhsil siyasətinin prioritet istiqamətləri təşkil edirdi.

21/04/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Avropa Azərbaycan Məktəbində keçirilən "Code Fest 2" olimpiadasında 4-15 yaş arası 200-ə yaxın uşaq, o cümlədən 30 nəfərə yaxın şəhid ailə üzvünün övladları olan şagirdlər proqramlaşdırma, robot texnikası və rəqəmsal yaradıcılıq sahələri üzrə öz bacarıqlarını nümayiş etdirdi.
Balaca dostlarımızı təbrik edir və onlara uğurlar arzulayırıq.

Photos from Araz Pashayev's post 17/04/2026

🇦🇿Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bakı şəhəri ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında keçirilən yarışı yekunlaşıb.

Paytaxtın Qaradağ, Səbail, Yasamal, Nərimanov, Nizami, Sabunçu, Suraxanı və Xəzər rayon komitələrini təmsil edən komandaların iştirakı ilə təşkil olunan yarışda Rayon Komitəsi birinci, və Rayon Komitələri isə ikinci və üçüncü yeri qazanaraq ilk üçlüyü tamamlayıb.

Qalib komandaları təbrik edirik.

17/04/2026

Azərbaycan Basketbol Liqasında mübarizə pley-off mərhələsi ilə davam edir. "Gəncə" doğma meydanda gərgin və həyacanlı keçən oyunda "Ordu"ya 85:78 hesabı ilə qalib gəldi . Və seriyada hesabı bərabərləşdirdi.
Bu qələbə ilə azarkeşləri sevindirən komandamıza növbəti oyunlarda uğurlar arzulayıram.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Bakı şəhəri, Gənclər Meydanı 3
Baku
AZ100