05/12/2023
İyul ayında tədqiqatçılar Şimali Afrikada, Homo Sapiens növünün daha öncə rast gəlinmişlərindən ən azı 100000 il öncə mövcud olduğunu göstərən 5 insan skeleti aşkarladı.
Nəticələr, bizim Şərqi Afrikada yalnız bir yerdə meydana gəlmədiyimizi, əksinə bütün qitələrdə mövcud olduğumuzu ortaya çıxardı.
20/05/2020
Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.
02/05/2020
Büllur Kəllə
İndiana Consun məşhur filmlərindən sonra, populyarlıq əldə edib. Onun sirri 1881-ci ildə Meksika arxeoloqları iki kəllə aşkar etdiyi vaxtdan başlayır. Mərkəzi və Cənubi Amerikada 13 belə büllur kəllə tapılıb. Belə bir nəzəriyyə var ki, bu kəllələr mayyalılar və asteklərlə bağlıdır.
01/05/2020
Qədim Misirdə elektrik enerjisindən istifadə olunurdu
Misirdə xüsusilə Dendera Məbəd Kompleksindəki Hathor məbədində tapilan, diqqət çəkən bəzi divar şəkilləri, qədim Misirlə əlaqədar olduqca maraqlı bir məlumatı gün üzünə çıxarmışdır. Yuxarıdaki araşdırılan divar şəkillərinin böyük qismi Misirdəki Dendera Məbəd kompleksində yer almaqdadır.
Bu şəkillərdə Misirlilərin indiki vaxtda lampa və arx lampası texnikasını istifadə edərək işıqlandırma etdikləri görülməkdədir. Hathor məbədinin divarlarındakı bu şəkillər diqqətlə araşdırıldığında, eynilə günümüzdəki kimi yüksək gərginlikli keçiriçiliyin o günlərdə də istifadəsi görülür: Lampa görünüşündəki şəkil bir Duzbucaqli sütun (bu sütun insulator olaraq istifadə təxmin edilən və Ced sütunu olaraq adlandırılan bir sütundur) tərəfindən dəstəklənir.
Şəkildəki fiqurun görünüşünün bu gün işlətdiyimiz lampalar ilə olan bu heyratamiz bənzərliyi, çox diqqət çəkicidir. Həmcinin sübut olaraq divarlarda heç bir his (alov hisi, tüstü izi) izinə rast gəlinməmişdir. Yəni işiqlandırmada alovdan istifadə olunmamısdır!
1996-cü ilin sentyabr ayında Amerikanın ABC telekanalında yayımlanan bir sənədli filmdə də Misirlilərin bu işıq sistemi elm adamları tərəfindən kameralar qarşısında test edilmişdir. Nəticədə müvəffəqiyyət əldə edilmiş və işıq meydana gəlmişdir.
Bu əslində bir ampuldur və qədim Misir şəkillərində ifadə edildiyi kimi tətbiq olunan üsulla sistem çalışmış, işıq əldə edilmişdir
01/05/2020
Zodiak məktubu – bu 4 şifrələnmiş məktubdan ibarətdir və bu məktub məşhur silsilə qətllər törədən və San-Fransisko əhalisinə qarşı terror aktı törədən bir şəxsə aiddir. Çox güman ki, məktublar qatil tərəfindən jurnalistləri və polisi qəzəbləndirmək üçün yazılmışdı. Bu məktubların yalnız birinin şifrəsini açmaq mümkün olmuşdu, qalan 3-ü isə hələ qeyri-müəyyənliyini qoruyub saxlayır. Həmçinin bu qatilin şəxsiyyəti də müəyyən olunmamışdı.
09/09/2019
Ən məşhur vampir - Brem Stokerin personajı - qraf Drakula. Həqiqi Drakula indiki Rumıniya ərazisi olan Valaxiyanın knyazı olub. Türklərin qatı düşməni öz ölkəsində vətənpərvər qəhrəman və amansız cəllad kimi tanınır. 100 mindən çox insanın ölümünə fərman verib. 1476-cı ildə türklərlə Buxarest yaxınlığında döyüşdə öldürülüb. Türklər onun başını kəsərək sultan 2-ci Mehmetə göndəriblər. Bədəninin digər hissələrinin harada olması müəmmalıdır. Bir versiyaya görə, Snaqov monastırında dəfn edilib. Lakin orada aparılan arxeoloji tədqiqatlar qəbrin monastırda olmadığını üzə çıxarıb.