07/11/2025
8 Noyabr - Zəfər Günü
Bu səhifə vasitəsilə Siz, Qaradağ rayonunda sürətlə gedən dəyişikliklərlə virtual olaraq tanış ola bilərsiniz.
07/11/2025
8 Noyabr - Zəfər Günü
07/11/2025
✔ Əziz həmvətənlər!
Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!
Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun! 🇦🇿🇦🇿🇦🇿
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN
✔ Dear compatriots!
I wholeheartedly congratulate each of you on the occasion of the fifth anniversary of the glorious Victory gained at the Patriotic War!
I thank our President, and our courageous soldiers and officers that belated us by today’s celebration as a proud heroic nation!
May Allah rest in peace the souls of all our martyrs that gave their lives for the sake of our Homeland! May Almighty Lord protect our people and our Homeland! 🇦🇿🇦🇿🇦🇿
With deep respect and love,
Yours MEHRIBAN
✔ Дорогие соотечественники!
Искренне поздравляю вас с пятой годовщиной славной Победы, завоеванной в Отечественной войне!
Выражаю благодарность нашему Президенту, нашим отважным солдатам и офицерам, благодаря которым сегодняшний день мы отмечаем как героический народ!
Да упокоит Аллах души всех наших шехидов, погибших во имя Родины!
Пусть Всевышний хранит наш народ и нашу Родину! 🇦🇿🇦🇿🇦🇿
С глубоким уважением и любовью,
Ваша MEHRİBAN
22/07/2025
22 İyul - Milli Mətbuat Günü
30/05/2025
Qələbə ilə tamamlanan müstəqillik
Cümhuriyyət dövründə qurulmaq istənən ordu ideyası Prezident İlham Əliyev dövründə öz zirvəsinə çatdı. Güclü ordu, müstəqil siyasət, azad torpaqlar – bunlar 2020-ci ilin gerçəkləridir.
Ali Baş Komandan “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycan tarixində dönüş yaratdı. Bu Qələbə təkcə torpaqların deyil, eyni zamanda tarixi ədalətin də bərpası oldu.
İndi 28 May yalnız siyasi müstəqilliyin deyil, həm də ərazi bütövlüyünün təntənəsidir.
Bu gün qalib xalq olaraq Cümhuriyyət qurucularına fəxrlə cavab veririk.
30/05/2025
İlham Əliyev – tarixi zəfərlə müstəqilliyi möhkəmləndirən lider
Heydər Əliyev məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqilliyimizi daha da gücləndirərək tarixə Zəfər gətirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu onun Ali Baş Komandanlığı ilə torpaqlarımızı azad etdi. Bu Qələbə dövlət suverenliyimizi tam şəkildə təmin etdi.
İndi Azərbaycanın üçrəngli bayrağı Cümhuriyyət ideallarının bərqərar olduğu Şuşada, Xankəndidə dalğalanır.
28 May – İlham Əliyevin rəhbərliyi ilə bütövləşən, qalibiyyətlə taclanan müstəqilliyimizin rəmzidir.
30/05/2025
İlham Əliyev – tarixi zəfərlə müstəqilliyi möhkəmləndirən lider
Heydər Əliyev məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqilliyimizi daha da gücləndirərək tarixə Zəfər gətirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu onun Ali Baş Komandanlığı ilə torpaqlarımızı azad etdi. Bu Qələbə dövlət suverenliyimizi tam şəkildə təmin etdi.
İndi Azərbaycanın üçrəngli bayrağı Cümhuriyyət ideallarının bərqərar olduğu Şuşada, Xankəndidə dalğalanır.
28 May – İlham Əliyevin rəhbərliyi ilə bütövləşən, qalibiyyətlə taclanan müstəqilliyimizin rəmzidir.
30/05/2025
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunmuşdur. Bu mühüm tarixi addım xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşmışdır. Sovet İttifaqının mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul edilməsi Ulu Öndərin milli iradəyə, dövlət müstəqilliyinə və milli kimliyə olan sarsılmaz inamının göstəricisidir. Bu qərar müstəqil Azərbaycan dövlətinin bərpasına gedən yolun mühüm başlanğıc nöqtəsi kimi tarixə düşmüşdür.
Ulu Öndər dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlərlə formalaşmış milli müstəqillik arzusunun təzahürü olmuşdur. 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyəti demokratik idarəetmə prinsiplərinə əsaslanaraq Şərqdə ilk hüquqi və dünyəvi dövlət modelini ortaya qoymuşdur. Azərbaycan Respublikası bu gün özünü həmin Cümhuriyyətin varisi elan edərək onun ideyalarını yaşadır və inkişaf etdirir.
30/05/2025
Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə və Müstəqillik Gününə verdiyi dəyər
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın milli oyanış və azadlıq uğrunda mübarizəsinin məntiqi nəticəsi kimi dəyərləndirərək bildirmişdir ki, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaranması xalqımızın güclü milli şüuru və mütərəqqi ziyalılarının fəaliyyəti ilə bağlıdır. O qeyd edirdi ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində dövlətçiliyimizin əsaslarını qoymuş, Azərbaycanın demokratik gələcəyinin təməlini atmışdır.
Heydər Əliyev Xalq Cümhuriyyətinin ideyalarının bu gün də yaşadığını vurğulayaraq bildirmişdir:
“Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir.”
O, 28 Mayı milli bayram kimi əziz tutaraq, bu tarixin müasir Azərbaycanın dövlətçilik yolunun başlanğıcı olduğunu bildirmişdir.
14/05/2025
Qafqazdan Uzaq Şərqə uzanan dostluq körpüsü: Azərbaycan və Vyetnam yeni mərhələyə çıxır!
7 may 2025-ci ildə Bakıda baş tutan yüksək səviyyəli görüşdə Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam tarixi bağlarımızı gələcəyə daşıyan mühüm mesajlar verdilər. Siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyat dəhlizlərindən mədəniyyət və təhsil sahələrinə qədər geniş spektrdə əməkdaşlıq gündəmə gətirildi. Bu səfər sadəcə protokol görüşü deyil, strateji tərəfdaşlığın güclənməsi üçün konkret addımların atıldığı dönüş nöqtəsi oldu.
Azərbaycanın regionda artan rolu və Vyetnamın sürətlə inkişaf edən iqtisadiyyatı arasında yaranan sinerji, hər iki ölkənin beynəlxalq arenadakı maraqlarına cavab verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlər yalnız dövlətlərarası deyil, həm də xalqlar arasında dostluq və etimadın rəmzinə çevrilir. To Lam isə qeyd etdi ki, Azərbaycanla əməkdaşlıq Vyetnam üçün strateji əhəmiyyət daşıyır və bu əlaqələr qarşılıqlı fayda üzərində qurulacaq.
Bugünkü reallıqda Azərbaycan və Vyetnam fərqli coğrafiyalarda olsa da, ortaq dəyərlər və qarşılıqlı maraqlar bizi birləşdirir. Bu görüşlə biz uzaq məsafələri yaxınlaşdırır, qlobal əməkdaşlığın yeni modelini formalaşdırırıq. İki xalqın dostluğu yeni tarix yazır!
14/05/2025
Azərbaycan–Vyetnam: Strateji tərəfdaşlığın başlanğıcı
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərimizdə yeni mərhələ açır. Bu səfər zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək səviyyəyə qaldırır. Əminəm ki, əldə olunan razılaşmalar təkcə protokol çərçivəsində qalmayacaq, konkret layihələrə çevriləcək və ölkələrimiz arasında əməkdaşlığın yeni dövrünə yol açacaq.
10/05/2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü
🔗http://qaradagh-ih.gov.az/az/news/10-may-2025-ci-ilde-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-102-ci-ildonumu-ile-elaqedar-abide-onune-gulqoyma-merasimi-kecirildi10502025.html
10/05/2025
10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |