19/05/2026
Üzeyir Hacıbəylinin ev-muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə ziyarətçilər üçün “Açıq qapı” günü təşkil olunmuşdur.
Muzeyimizi ziyarət edən ziyarətçilərin bir qismini sizə təqdim edirik!
16/05/2026
📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçiriləcək.
Ziyarətçilərin muzeyə girişi ödənişsizdir✨
16/05/2026
📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçiriləcək.
Ziyarətçilərin muzeyə giriş ödənişsizdir✨
13/05/2026
14 may 2026-cı il tarixində Georgi Şaroyev adına 11 illik musiqi məktəbinin “Salam Bahar” adlı konsert tədbiri keçiriləcək.
Giriş sərbəstdir🎼
05/05/2026
8 may 2026-cı il tarixində saat 15:00-da Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə konsert tədbiri təşkil olunacaq.
Giriş sərbəstdir🎼
19/04/2026
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev -muzeyində “Açıq qapı” günü baş tutub.
Bu münasibətlə muzey ziyarətçilər üçün ödənişsiz fəaliyyət göstərib, muzey əməkdaşları böyük bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Ekskursiyalar zamanı ziyarətçilər ekspozisiya zalları ilə yaxından tanış olublar.
16/04/2026
Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Turizm və Menecment Universitetinin təcrübə proqramı çərçivəsində tələbələr praktikaya başlayıblar.
Tələbələr Leyla Babayeva, Fidan Aslanlı və Yeganə Qəhrəmanlı qısa müddətli praktika müddətində muzey fəaliyyəti ilə yaxından tanış olacaq, müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Tələbələrə uğurlar arzulayırıq✨
̇ncəsənət
09/04/2026
Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmovun xatirəsi anılıb.
Üzeyir Hacıbəylinin ev – muzeyində görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun anadan olmasının 119 – cu ildönümünə həsr olunmuş konsert keçirilib.Açılış nitqində Səid Rüstəmov adın 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tofiq Salmanov çıxış etdi, muzeyin rəhbəri Sərdar Fərəcova və muzeyin kollektivinə Səid Rüstəmovun xatirə gecəsinin keçirilməsində göstərdikləri əməyə görə minnətdarlığını bildirdi.Muzeyin elmi katibi Nərgiz Qədirova çıxış edərək bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən və Üzeyir bəy ənənələrinin davam etdirilməsindəki rolundan bəhs edib. Konsertdə S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri bəstəkarın zəngin irsini nümayiş etdiriblər. Proqrama sənətkarın “Oxu tar”, “Qaytağı”, “Alagöz”, “Şadlıq rəqsi” və “Azərbaycan” kimi tanınmış əsərləri daxil edilib. Gənc ifaçıları Şəfəq Qafarova, Şəbnəm Mikayılova və Vüsalə Quliyeva kimi təcrübəli konsertmeystrlər müşayiət edib.
06/04/2026
7 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə bəstəkarına xatirə gecəsinə həsr olunmuş musiqili tədbir keçiriləcək.
Giriş sərbəstdir✨
̇ncəsənət