05/06/2026
🌿🌍5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi / Ministry of Youth and Sport of Azerbaijan
The ministry is headed by the minister aided by three deputy ministers. Main functions of the ministry are education and training of younger generation in accordance with national strategy of youth development in social, economic and cultural life of the country; education of the youth with universal and national values; ensuring social, moral and healthy physical development of the youth; teachin
05/06/2026
🌿🌍5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.
05/06/2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Ətraflı: https://www.mys.gov.az/az/nazirlik/senedler/serencamlar
mibirlikdə
05/06/2026
Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıb
İyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yaylası”na səfər ediblər.
Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.
Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.
mibirlikdə
05/06/2026
İtaliyada parataekvondo üzrə Roma Qran-Prisi keçirilib. Yarışda K44 kateqoriyasında idmançılarımızdan 🥇Sabir Zeynalov (58 kq) qızıl, 🥉İmaməddin Xəlilov (70 kq) isə bürünc medal qazanıblar. Bu nəticələr idmançılarımıza Los-Anceles-2028 Yay Paralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.
Təbrik edirik!🇦🇿
mibirlikdə
Azərbaycan Milli Paralimpiya Komitəsi
🇦🇿🏆Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!
mibirlikdə
AMF
05/06/2026
2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
🇦🇿Yaşasın Azərbaycan!
04/06/2026
⚽️ Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!
Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə qitə çempionatının finalında Azərbaycan milli komandası Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gələrək yenidən Avropa çempionu olub.
Bu, komandamızın son illərdə qazandığı üçüncü böyük uğurudur. Millimiz 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə dünya çempionu olub.
Təbriklər, Azərbaycan! 🇦🇿
mibirlikdə
AMF
04/06/2026
İyunun 4-də gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.
Qəbuldan öncə nazir Fərid Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
mibirlikdə
04/06/2026
Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və “Ədliyyə Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə mayın 25–30-da Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Türk Dövlətləri Təşkilatı modeli simulyasiyası” düşərgəsi təşkil olunub.
Düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev və Türk Dövlətləri Təşkilatının Katibliyində layihələr üzrə direktoru Muradcan Mustafayev iştirak ediblər.
Proqram çərçivəsində “Türk dünyasında gənclərin rolu” və “Türk dövlətləri arasında əməkdaşlıq və müasir idarəçilik” mövzularında panel müzakirələri, eləcə də dövlət qurumlarının nümayəndələri tərəfindən beynəlxalq əməkdaşlıq mexanizmləri, çoxtərəfli tərəfdaşlıq formatları və müasir idarəetmə yanaşmalarına dair ekspert sessiyaları keçirilib.
Ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan yerli və xarici tələbələrin iştirakı ilə 10 qrup üzrə simulyasiya sessiyaları təşkil olunub. İştirakçılar Türk Dövlətləri Təşkilatının fəaliyyət modelini canlandıraraq müxtəlif mövzular üzrə müzakirələr aparıb, qərar layihələri hazırlayıb və anlaşma memorandumları imzalayıblar.
Layihə çərçivəsində Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Tural Gəncəliyevlə görüş keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
mibirlikdə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Türk Devletleri Teşkilatı - Organization of Turkic States
04/06/2026
İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər.
Açılış mərasimindən sonra yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur.
Bu gün keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
mibirlikdə
Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF