05/06/2026
📌“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Hacıqabul rayonundan olan Gözəlovlar ailəsidir.
💠Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:
Ətraflı⤵️
🖇️ https://family.gov.az/az/news/ailelerimizi-taniyaq-layihesi-davam-edir-3
04/06/2026
📍Şuşada vətəndaş qəbulu keçiriləcək.
📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iyun 2026-cı il tarixində, saat 10:00-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında vətəndaşları qəbul edəcək.
04/06/2026
📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.
ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər.
🖇️ https://family.gov.az/az/news/ailem-konulluleri-qebele-usaq-ve-ailelere-destek-merkezine-sefer-edibler
04/06/2026
📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.
Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər görmüş uşaqların hüquqlarının müdafiəsinin vacibliyini bir daha xatırladır.
✨Bütün uşaqlara sülh və əmin-amanlıq dolu, təhlükəsiz dünyada yaşamağı arzulayırıq.
02/06/2026
🎈1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub
📌1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib.
✅Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
✅Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.
01/06/2026
📌"Dövlətimizin həyata keçirdiyi bütün proqramların mərkəzində uşaqların rifahı dayanır".
🔹Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edlimiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfransda çıxışı zamanı deyib.
01/06/2026
📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.
📍1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.
🔹Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub.
🔹Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib.
🔹Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib.
🖇️ https://family.gov.az/az/news/menim-sesim-menim-huquqlarim-movzusunda-konfrans-kecirilib