01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Gələcəyimizi formalaşdıran bütün uşaqların bayramı mübarək!
Baku Shipyard is an integrated enterprise specializing in shipbuilding, ship repair, ship modernization and engineering services. herein.
“Baku Shipyard” LLC Joint Enterprise was established for construction of shipyard with condition of sharing 65% of State Oil Company of Azerbaijan Republic, 25% of Azerbaijan Investment Company and 10% of Singaporean “Keppel” company. “Keppel” company, which is one of well-known companies dealing with contruction and repair of ships and floating vessels, has been appointed as operator of the yard.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Gələcəyimizi formalaşdıran bütün uşaqların bayramı mübarək!
28/05/2026
28 May – Müstəqillik Günü xalqımızın azadlıq iradəsini, milli gücünü və dövlətçilik ənənələrini əks etdirən ən dəyərli tarixlərdəndir.
Müstəqil Azərbaycanın daim güclənməsini, birlik və inkişaf yolunda inamla irəliləməsini diləyirik.
26/05/2026
Müqəddəs Qurban bayramı münasibətilə xalqımıza bol bərəkət, firavanlıq və xoş günlər arzulayırıq.
İnsanları bir araya gətirən, paylaşmağın və birlik olmağın dəyərini yaşadan bu gözəl bayram hər birimizə sevinc və huzur gətirsin.
Bayramınız mübarək!
Bakı Gəmiqayırma Zavodunda AZCON Holdinq şirkətlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüş zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik mədəniyyətinin inkişafı istiqamətində görülən işlər, həmçinin qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunmuşdur.
Tədbir çərçivəsində iştirakçılar zavodun sahələrinə baxış keçirərək tətbiq olunan standartları ilə tanış olmuşlar.
15/05/2026
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və Bakı Gəmiqayırma Zavodu arasında çərçivəsində təşkil olunan növbəti qaynaqçı peşə hazırlığı kursu uğurla başa çatdı.
38 günlük proqramı ərzində iştirakçılar nəzəri və praktiki hazırlıq keçərək beynəlxalq standartlara uyğun qiymətləndirildilər. Layihə çərçivəsində ilk dəfə olaraq praktiki imtahan “American Bureau of Shipping (ABS)” nəzarəti və “CNco Ltd” nümayəndələrinin iştirakı ilə həyata keçirildi.
Layihənin əsas məqsədi beynəlxalq standartlara cavab verən peşəkar kadr hazırlığına və iştirakçıların beynəlxalq sertifikatlaşdırma imkanlarının artırılmasına dəstək göstərməkdir.
10/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad olunur.
04/05/2026
AZCON Holding-ə daxil olan Bakı Gəmiqayırma Zavodu ilə SAMRUK-KAZYNA SWF şirkətlər qrupunun üzvü KTZ Express arasında sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Müqaviləyə əsasən, beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin tikintisi nəzərdə tutulur.
Layihə müəssisənin beynəlxalq bazardakı mövqeyinin möhkəmləndirilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir.
Bununla, zavodun beynəlxalq sifariş portfeli genişlənir və onun etibarlı, rəqabətqabiliyyətli tərəfdaş kimi mövqeyi bir daha təsdiq olunur.
30/04/2026
⚓ AZCON Holding şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunun İdarə heyətinin sədri Ruslan Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib.
✅ Səfər çərçivəsində Türkiyənin sənayesində fəaliyyət göstərən aparıcı şirkət və tərsanələrlə bir sıra görüşlər təşkil olunub. Keçirilən görüşlər zamanı potensial əməkdaşlıq istiqamətləri, peşəkar təlim imkanları, təchizat zənciri və müasir dizayn yanaşmaları üzrə geniş müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.
➡️ Səfərin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, strateji tərəfdaşlıqların inkişaf etdirilməsi və gəmiqayırma sahəsində institusional biliklərin gücləndirilməsi olub.
29/04/2026
Tərsanəmizin üzən dokunda “DP World Maritime Solution” şirkətinə məxsus “PSV Citadel” gəmisinin planlı təmir və bərpa işləri uğurla başa çatdırılmışdır.
İşlər çərçivəsində gövdənin antikorroziv mühafizəsi təmin edilmiş, katod mühafizə sistemi yenilənmiş, sükan və pərvanə sistemləri təmir olunmuş, həmçinin hərəkətverici qurğular əsaslı bərpadan keçirilmişdir.
Bununla yanaşı, dəniz sistemləri və klapanlar təftiş edilərək sınaqdan keçirilmiş, çənlər təmizlənmiş və lövbər zəncirləri kalibrlənmişdir.
Görülmüş işlər nəticəsində gəminin texniki etibarlılığı və istismar səmərəliliyi əhəmiyyətli dərəcədə artırılmış, onun beynəlxalq dənizçilik standartlarına tam uyğun fəaliyyəti təmin edilmişdir. Tərsanəmiz yüksək keyfiyyətli xidmət və peşəkar yanaşma ilə dəniz sənayesində etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirir.
28/04/2026
Ümumdünya Əməyin Mühafizəsi və Təhlükəsizlik Günü münasibətilə hər kəsə təhlükəsiz və sağlam əmək fəaliyyəti arzu edirik.
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |