19/02/2020
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12186
Kitabxananın iş vaxtları : I-VI günlər 9.00-dan 18.00-dək
19/02/2020
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12186
TARİXDƏ BU GÜN - 19 FEVRAL
1958-ci il 23 mayYusif Mirzəyev Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur.
1993 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir isa oğlu Sədiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1921 — Görkəmli Azərbaycan tarzəni, Əməkdar artist Məmmədağa Muradov Bakıda anadan olmuşdur.
18/02/2020
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21 fevral 2020-ci il, saat 11:00-da “Xocalı harayı” adlı ədəbi-bədii gecə keçiriləcəkdir.
Arzusunda olan hər bir şəxs kitabxananın tədbirində iştirak edə bilər. Bunun üçün tədbirin başlanmasına 15-20 dəqiqə qalmış kitabxananın akt zalına yaxınlaşmağınız xahiş olunur.
TARİXDƏ BU GÜN -18 FEVRAL
2009 — "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb.
1928 — Azərbaycan aktyoru, Azərbaycanın Əməkdar artisti , Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olmuş Əzizağa Qasım oğlu Qasımov 56 yaşında Bakıda vəfat etmişdir.
2016 — Dilçilik elimləri doktoru, professor Zahid Quliyev 79 yaşında Bakıda vəfat etmişdir.
1931 — Görkəmli Azərbaycan şairi, dramaturq.şair, dramaturq, Heydər Əliyev mükafatı laureatı, "Şərəf" ordenli
Nəriman Həsənzadə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
1924— Əməkdar artist, görkəmli aktyor Osman İsmayıl oğlu Hacıbəyov Şuşa şəhərində ziyalı ailəsində anadan olub.
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi haqqinda
Fəxrəddin İbrahim oğlu Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi haqqında
13/02/2020
Beynəlxalq kitab bağışlama günü”
12 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Yasamal rayonunda yerləşən Mərkəzi parkda “Hər kəs bir kitab oxusun” adlı sakinlərlə görüş keçirmişdir. Kitabxana əməkdaşları sakinlərlə görüşərək, “Beynəlxalq kitab bağışlama günü” haqda ətraflı məlumat vermiş, bu günün tarixinə nəzər salmışlar. Kitabxananın Oxu zalı şöbəsinin müdiri Xəyalə Məmmədova “Beynəlxalq kitab bağışlama günü”nün 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitab saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürüldüyünü və o gündən 14 fevral tarixinin Beynəlxalq kitab bağışlama günü kimi qeyd olunduğunu bildirmişdir. Kitabxananın İnformasiya resursları üzrə böyük mütəxəssis Nağıyeva Ülkər sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat vermiş, sakinlərin suallarını cavablandırmışdır. Görüş zamanı kitabxananın əməkdaşları sakinlərə “Azərbaycan tarixinə nəzər” diskləri və Rus dilində xarici ədəbiyyat nümunələri hədiyyə etmişlər.
13/02/2020
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olmuşlar
12 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları müasir texnologiyalar infrastrukturuna malik olan ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olmaq məqsədilə kitabxanada qonaq oldular. Kitabxananın direktoru Elçin Məmmədov öz fəaliyyətləri haqqında ətraflı məlumat verdi və bildirdi ki, kitabxana yeni informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Kitabxanada tətbiq edilən Millennium Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi yeni-OCLC WMS Kitabxana-İnformasiya Sistemi ilə əvəz edilmiş və hal-hazırda kitabxananın bütün informasiya prosesləri bu sistem vasitəsilə avtomatlaşdırılmışdır. ADA Universiteti kitabxanasının mütəxəssisləri – Vəfa Məmmədova istifadəçi xidməti haqqında, Nigar Babayeva isə Tədqiqat və Tədris Xidmətləri haqqında praktiki məlumat verdilər, sualları ətraflı cavablandırdılar. Görüş zamanı ADA Universiteti Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında kitab mübadiləsi və kitabxanalararası əməkdaşlıq haqqında ilkin razılıq əldə edilmişdir.
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |