Aqrar Xidmətlər Agentliyi

Aqrar Xidmətlər Agentliyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqrar Xidmətlər Agentliyi, Government Organization, Nəcəf Nərimanov küçəsi, 7A, Baku.

03/06/2026

Pestisidlərlə işləyərkən mütləq qoruyucu geyim və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır.

Photos from Aqrar Xidmətlər Agentliyi's post 03/06/2026

🐛 Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Oğuz rayonunun Şirvanlı kəndində kümçülüklə məşğul olan fermerlər üçün “Kümxanaların hazırlanması və dezinfeksiyası” mövzusunda maarifləndirici görüş keçirilib.
🎯 Görüşün əsas məqsədi kümçülük mövsümünə hazırlıq işlərinin düzgün aparılması, ipəkqurdu bəslənilməsi üçün əlverişli şəraitin yaradılması və xəstəlik risklərinin minimuma endirilməsi istiqamətində fermerlərin bilik və bacarıqlarının artırılması olub.
🧴 Proqram çərçivəsində mütəxəssislər tərəfindən kümxanaların mövsüm öncəsi hazırlanması qaydaları, sanitariya-gigiyena tələbləri, dezinfeksiya prosesinin mərhələləri, istifadə olunan vasitələrin tətbiq qaydaları və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.
📈 Bildirilib ki, kümxanaların vaxtında və düzgün dezinfeksiya olunması ipəkqurdu toxumlarının sağlam inkişafı və yüksək məhsuldarlığın əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
📚 Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən aqrar sahədə maarifləndirmə tədbirlərinin davamlı təşkili kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fermerlərin məlumatlılığının artırılmasına, müasir yanaşmaların tətbiqinə və məhsuldarlığın yüksəldilməsinə xidmət edir.
🔄 Bu məqsədlə regionlarda silsilə təlim və görüşlərin keçirilməsi davam etdirilir.

02/06/2026

📲 AXA mobile tətbiqi vasitəsilə məlumatların real vaxt rejimində ötürülməsi və proseslərin elektron formada sənədləşdirilməsi işlərin çevikliyini və dəqiqliyini artırır.

🌾 Bu rəqəmsal yeniliklərin tətbiq olunduğu əsas sahələrdən biri də aprobasiyadır.

❓ Bəs aprobasiya nədir?

🔍 Aprobasiya toxumçuluqda istifadə olunan xüsusi yoxlama prosesidir. Bu proses zamanı toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və əkinlərarası izolyasiya məsafəsinə riayət olunması müəyyənləşdirilir.

📊 Həmçinin sahənin məhsuldarlığı ilkin olaraq proqnozlaşdırılır.

01/06/2026
Photos from Aqrar Xidmətlər Agentliyi's post 01/06/2026

🥬 Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Şəki rayonunun Çapağan kəndində fermerlər üçün “Tərəvəz bitkilərinin açıq sahədə becərilməsi” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.

🎯 Görüşün əsas məqsədi fermerlərin tərəvəzçilik sahəsində bilik və bacarıqlarının artırılması, müasir becərmə üsullarının tətbiqinin təşviqi, eləcə də məhsuldarlığın yüksəldilməsi istiqamətində maarifləndirmə işlərinin aparılması olub. Tədbir zamanı iştirakçılara açıq sahədə tərəvəz bitkilərinin becərilməsi üçün torpaq hazırlığı, düzgün toxum və ting seçimi, əkin sxemləri, suvarma və gübrələmə qaydaları, xəstəlik və zərərvericilərlə mübarizə üsulları barədə ətraflı məlumat verilib.

🌱 Proqram çərçivəsində müasir aqrotexniki yanaşmalar, innovativ üsullar və beynəlxalq təcrübədə tətbiq olunan effektiv becərmə metodları barədə də məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda fermerlərlə interaktiv müzakirələr aparılıb, onların sahədə qarşılaşdıqları problemlər dinlənilib və praktik həll yolları ilə bağlı tövsiyələr təqdim olunub.

📚 Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda təşkil olunan bu cür maarifləndirici görüş və təlimlər fermerlərin bilik və bacarıqlarının artırılması, məhsul keyfiyyəti və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.

Photos from Aqrar Xidmətlər Agentliyi's post 01/06/2026

🦋 Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılıb

🔎 Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən təhlükəli karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.

🌳 Növbəti müşahidələr zamanı Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində yolkənarı tut və çinar ağaclarında Amerika ağ kəpənəyinin birinci nəslinin ilkin yaş dövrünə aid tırtıl yuvaları aşkar edilib. Aşkarlanan ocaqlarda Agentliyin əməkdaşlarının iştirakı ilə təsərrüfat subyekti tərəfindən mexaniki mübarizə tədbirləri həyata keçirilib, tırtıl yuvaları kəsilərək yandırılmaqla məhv edilib.

📞 Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarları təsərrüfatlarında Amerika ağ kəpənəyi müşahidə etdikləri halda dərhal yerli Bitki Mühafizəsi Mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

🛡️ Sistemli müşahidə və vaxtında görülən tədbirlər zərərvericinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Nəcəf Nərimanov Küçəsi, 7A
Baku
1106

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00