23/06/2026
🏫 Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin tarixindən dəyərli bir xatirə.
Bu nadir fotoda məktəbin fədakar və zəhmətkeş müəllim kollektivi əks olunub.
Onların hər biri illər boyu yüzlərlə şagirdin təhsil almasına, vətənə layiqli vətəndaş kimi yetişməsinə öz töhfəsini verib. Bu şəkil təkcə bir kollektivin görüntüsü deyil, həm də elmə, təhsilə və gələcək nəsillərə həsr olunmuş ömürlərin tarixidir.
Əziz müəllimlərimizin əziz xatirəsi hər zaman hörmətlə yad edilir. Onların zəhməti və qoyduqları izlər bu gün də yaşayır və gələcək nəsillərə örnək olur. 📚🌹
Keçmişimizə hörmət, müəllimlərimizə sonsuz ehtiramla... ❤️🙏
23/06/2026
Əliyeva Firuzə Nurzəmi qızı 11.05.1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. Mirzə Fətəli Axundov adına 1963-cü ildən 1967-ci ilə qədər rus dili müəllimə fakültəsini bitirmişdir.
Ondan dərslik müəllifi bir neçə kitaları dərc olmuşdur. Elmi tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi, 2001-ci ilə qədər 101 saylı orta məktəbdə rus-dili müəlliməsi işləmişdir. Allahverdi Bəşirovun məktəb direktor ilə çalışmışdır.
05.06.2026-cı il Yeni Suraxanı kəndində yaşadığı ünvanda haq dünyasına qovuşmuşdur.
Allah rəhmət elesin, məkanı cənnət olsun🥀🥀🥀
20/06/2026
Yeni Suraxanı qəsəbəsi gündən-günə daha da gözəlləşir. Yeni Suraxanı parkında aparılan yenidənqurma və abadlıq işləri nəticəsində sakinlər üçün müasir və rahat istirahət məkanı yaradılır.
Məscidin qarşısında gözəl bulaq inşa olunur, Şəhidlərimizin xatirəsinə ucaldılmış abidə abadlaşdırılır, parkın ərazisində yaşıllıq zolaqları və qazonlar salınır, müasir LED işıqlandırma sistemi quraşdırılır. Həmçinin qadınlar və kişilər üçün söhbətgahlar yaradılır, 14 İyul abidəsi isə tamamilə yenidən bərpa olunaraq əvvəlkindən daha gözəl görkəm alacaq.
Görülən bu genişmiqyaslı abadlıq və yenidənqurma işləri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev cənablarının tapşırığı əsasında həyata keçirilir.
Allah Adil müəllimə möhkəm can sağlığı versin. Yeni Suraxanının daha da gözəlləşməsi və sakinlərin rahatlığı naminə görülən bütün işlərə uğurlar arzulayırıq. 🇦🇿🌹
Suraxanı Rayon İcra Hakimiyyəti Adil Aliyev Mahir Huseynbeyli ❤️
19/06/2026
Adil Aliyev Suraxanı Rayon İcra Hakimiyyəti Mahir Huseynbeyli ❤️
17/06/2026
“Çox vaxt uzağı görmək üçün boylanmağa ehtiyac duymuram. Uzaqdan diqqətlə baxmağım kifayətdir ki, insanların əsl simasını, niyyətini və xarakterini tanıyım.”
13/06/2026
🇦🇿 13 iyun tarixində Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış Şəhidimiz Arif Ələkbər oğlu İmaməliyevin mövlüd günü qeyd olunmuşdur.
Bu münasibətlə Şəhidimizin məzarı ailə üzvləri, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elmar Hüseynov, Suraxanı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynqulu Quliyev, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova və qəsəbə sakinləri tərəfindən ziyarət edilmiş, əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. 🇦🇿🕊️
13/06/2026
13 İyun tarixində 89 saylı tam orta məktəbdə “Son Zəng” tədbiri böyük coşqu və duyğulu anlarla qeyd olundu.
Bu əlamətdar gün məzunların məktəb illəri ilə vidalaşdığı, gələcəyə doğru yeni addımlar atdığı unudulmaz bir tarixə çevrildi. İllər boyu qazandıqları biliklər, müəllimlərindən aldıqları dəyərli tövsiyələr və məktəb divarları arasında yaşadıqları xoş xatirələr bu gün hər kəsin yaddaşında yenidən canlandı.
Çalınan son zəng uşaqlıq və məktəb illərinin sonunu, eyni zamanda yeni ümidlərin, böyük hədəflərin və uğurlu gələcəyin başlanğıcını simvolizə etdi. Məzunlarımızı ürəkdən təbrik edir, onlara ali təhsil yollarında və gələcək həyatlarında bol uğurlar, xoşbəxtlik və nailiyyətlər arzulayırıq.
Yolunuz hər zaman açıq, arzularınız isə gerçək olsun!
13/06/2026
13 İyun tarixində Yeni Suraxanı qəsəbəsində yerləşən Əmi Məmmədov adına 101 saylı tam orta məktəbdə “Son Zəng” tədbiri keçirildi.
Bu əlamətdar gün məktəb həyatının ən unudulmaz və duyğulu anlarından biri kimi yadda qaldı. İllərlə eyni sinif otaqlarında təhsil alan məzunlar müəllimləri və məktəb kollektivi ilə vidalaşaraq həyatlarının yeni mərhələsinə qədəm qoydular. Çalınan son zəng uşaqlıq illərinin xatirələrini geridə qoyaraq gələcəyə açılan yeni ümidlərin və uğurların rəmzinə çevrildi.
Bütün məzunları ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və parlaq nailiyyətlər arzulayırıq. Yolunuz hər zaman açıq, arzularınız isə gerçək olsun! 🌹🎓📚
13/06/2026
🔔 SON ZƏNG 2026 🔔
Bu gün məktəb həyatınızın ən unudulmaz səhifələrindən biri bağlanır. İllərlə addımladığımız dəhlizlər, oturduğunuz sinif otaqları, müəllimlərimizin dəyərli nəsihətləri və dostlarımızla bölüşdüyümüz gözəl xatirələr yaddaşınızda əbədi yaşayacaq.
Son Zəng yalnız bir məktəb dövrünün sonu deyil, həm də yeni arzuların, böyük hədəflərin və uğurlu gələcəyin başlanğıcıdır. Bu illər ərzində qazandığınız biliklər, dostluqlar və həyat təcrübələri gələcək yolunuzun ən qiymətli xəzinəsi olacaq.
Bütün məzunları ürəkdən təbrik edir, hər birinə uğurlu, xoşbəxt və işıqlı gələcək arzulayırıq. Qoy bu günün sevinci və xatirələri ömür boyu qəlbinizdə yaşasın.
Məzunlar 2026 – Yolunuz açıq, gələcəyiniz parlaq olsun! 🎓✨