26/02/2026
🌐Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub.
📌Şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi təhsilalanın öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir.
Ətraflı: https://muallim.edu.az/sagirdler-ucun-suni-intellekt-aleti-hazirlanib
23/02/2026
Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı
Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
Təqaüd proqramı üzrə müraciətlər üçün son tarix 20 fevral 2026-cı il müəyyən edilib.
Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə elektron müraciət üçün son tarix isə 2 mart 2026-cı il təyin edilib.
Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
https://htp.edu.az/uploads/fileuploads/2026/01/565a5b6667a54aa7955f53e0f6782240.pdf
22/02/2026
21 fevral Beynəlxalq Ana Dili Günüdür.
18/02/2026
Ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat başlanır
AZƏRTAC xəbər verir ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.
18/02/2026
🚀 Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə STEAM'ool olimpiadası keçiriləcək.
🎯 Olimpiadada iştirakçıları nələr gözləyir?
– Maraq doğuran STEAM tapşırıqları
– İnnovativ yanaşmalar
– Rəqabətli mühit
– Sertifikat və mükafatlar
Ətraflı: https://muallim.edu.az/steamool-olimpiadasina-qeydiyyatbasladi
18/02/2026
📢 14–15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti-ndə “Elmi inkişaf: uğurlar və çağırışlar” Doktorant və Gənc Tədqiqatçıların III Respublika Elmi Konfransı keçiriləcək.
💻 Konfrans üz-üzə (ənənəvi) və onlayn formatda təşkil olunacaqdır. Tədbirin əsas məqsədi elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin müzakirəsi və gənc tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.
📚 Konfrans çərçivəsində təqdim olunan
xülasə və məqalələr müvafiq yoxlamalardan keçiriləcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları şəklində nəşr olunacaqdır. 🎓 İştirakçılara iştirak vərəqəsi (sertifikat) təqdim ediləcəkdir.
❗ Qeyd: Konfransda magistrantların iştirakı nəzərdə tutulmamışdır.
🌐 Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az internet saytından əldə edə bilərsiniz.
📝 Xülasə və məqalə göndərmək üçün qeydiyyat linki:
https://konfrans.ndu.edu.az/conferences/elmi-inkisaf-ugurlar-cagrslar-doktorant-ve-genc-tedqiqatclarn-iii-respublika-elmi-konfrans/qeydiyyat�
📞 Əlaqə:
(+994) 51 325 11 11 – Çapay Quliyev (məsul şəxs)
(+994) 60 205 11 00 – Zamin Babazadə
📖✨
16/02/2026
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun 15 prioritet ixtisas sahəsi müəyyənləşdirilib.
🌐 muallim.edu.az/hansi-ixtisaslar-uzre-dovlet-proqramina-muraciet-etmek-olar
16/02/2026
🎓2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.
💻2025-2026-cı tədris ilində IT ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul yerinin ayrılması planlaşdırılmışdır.
Ətraflı: https://muallim.edu.az/azerbaycanda-proqram-teminati-uzre-muhendisler-hazirlanacaq