01/06/2026
“SOCAR PETROLEUM” QSC və Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi birgə tərəfdaşlığa başlayıb. Tərəfdaşlıq çərçivəsində əsas məqsəd işsiz kimi qeydiyyatda olan şəxslərin peşə hazırlığına cəlb olunması, onların təlim proqramına uyğun təcrübə qazanması və real iş mühitində müasir səriştələrə yiyələnməsini təmin etməkdir.
İlkin mərhələdə mühafizəçi və operator peşələri üzrə ümumilikdə 86 nəfər kurslara cəlb olunub. QSC-nin Təlim-tədris şöbəsində keçirilən nəzəri və praktiki təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar təqdim edilib və müvafiq vakansiyalar yarandıqca onlar QSC-də işlə təmin olunacaqlar. Təlimlər mütəmadi olaraq davam etdirilir.
01/06/2026
Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
28/05/2026
Müstəqilliyimiz əbədi olsun, şanlı bayrağımız daim zirvələrdə dalğalansın! 28 May - Müstəqillik Günümüz mübarək!🇦🇿
27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
26/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!